Hakan Şükürə axmaq dedilər

"Yalnız kəllə ilə qol vurmuş Hakan Şükürün belə bir axmaqlıq etməsinə təəccübləndim"

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının əsas simalarından olan Mehmet Ali Şahin millət vəkili Hakan Şükürü sərt tənqid edib.

ANS PRESS-in məlumatına görə, Mehmet Ali Şahin Hakan Şükürün həbsxanada paralel dövlət yaratmaqda ittiham olunan polis əməkdaşlarına baş çəkməsini axmaqlıq adlandırıb:

"Yalnız kəllə ilə qol vurmuş Hakan Şükürün belə bir axmaqlıq etməsinə təəccübləndim. O AKP-dən niyə uzaqlaşdığını özü açıqlayıb. İndi Hakan Şükürün təhlükəsizlik işçilərini təcridxanada ziyarət etməsi "paralel dövlət" iddiasını gücləndirmiş olur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar