Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atıb

Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Abit 2018-07-28 11:58:35

Ay millet özünüze qest etmeyin heç kimin vecine deyil,bu qeder telekanalın biri bu barede danışmır,qabaqlayıcı tedbirler görülmür,başları qarışıb şouya.Ay valideyinler evladlarınızla yaxın olun,problemlerini öyrenin,intihar baş alıb gedir dinen yoxdu, niye susursuz?

Son yazılar