Bayram bahalaşması -VİDEO

Bir ay boyunca tutulan orucdan sonra hamı gözəl bayram süfrəsilə Ramazanı qeyd etmək istəyir.

ANS TV-nin məlumatına görə, istəklərlə maddi imkanların uyğun gəlib-gəlmədiyini bilmək üçün paytaxt bazarlarına üz tutduq. Bakının müxtəlif bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, mövsümü meyvələrdə qiymət artımı hiss olunur.

Alıcının sözlərinə görə, bazar od-tutub yanır: “Göyəm 1 AZN, şaftalı 1 AZN 50 qəpiyə bahadır. Bahalıqdır bazara girmək olmur”.

Üzüm, alma və armudun bir kiloqramının qiyməti 1 AZN-dən başlayır. Hazırda ən çox tələbat hiss olunan şaftalıda da bahadır.

Bayram süfrəsinin bəzəyi olan plov bişirmək istəyənlər müəyyən mənada artıq pul xərcləməli olacaq. Kişmişin kilosunu 4-10 AZN, "qaysı"nı isə 4-6 AZN-ə almaq olar. Şabalıdın qiyməti isə 8-10 AZN arasında dəyişir. Ramazan ayının gəlişilə xurmaya tələbat artıb. Xurmanın növləri və qiymətləri, gətirildikləri ölkələr kimi müxtəlifdir. 2 AZN-dən 17 AZN-ə kimi. Hətta bir kiloqramı 20 AZN-ə də xurma tapmaq mümkündür.

Dəyişməz qalan isə ətin qiymətidir. Belə ki, mal əti 5-6 AZN arasında dəyişirsə, qoyun ətinin qiyməti 7 AZN-dən başlayır. Bununla yanaşı kartof, soğan, badımcan və lobyanın qiyməti sabit qalıb. Ramazandan əvvəl 1 AZN 50 qəpiyə satılan pomidor, hazırda 50 qəpiklə 1 AZN arasındadır. Xiyarın isə hətta 3 kiloqramını 1 AZN-ə almaq olar.

Süni qiymət artımının qarşısının alınması işini isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzarətdə saxlayır. Nazirlik isə bəyan edir ki, qiymətləri süni artıranlar cəzalandırılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar