Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub

Ötən axşam həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, sabiq dövlət başçısı Ədliyyə Nazirliyinin "Yerevan-Kentron" penitensiar müəssisəsində saxlanılır.

Ermənistanın ombudsmanı Arman Tatoyan iyulun 28-də R.Koçaryana baş çəkib. O, sabiq prezidentlə söhbət edib, saxlanma şəraiti və rəftarla bağlı şikayətinin olub-olmadığını soruşub. Eks-prezident ciddi şikayətinin olmadığını söyləyib.

R.Koçaryanın qaldırdığı bir sıra məsələləri ombudsman penitensiar müəssisənin rəhbərliyinə çatdırıb. Rəhbərlik isə sabiq dövlət başçısının problemlərini həll edib.

Qeyd edək ki, iyulun 28-də paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.

Xatırladaq ki, R.Koçaryan 1999-2008-ci illərdə Ermənistan prezidenti olub.

635x100

Şərhlər

Adil 2018-07-28 14:45:24

Axır ki bir birlerini it kimi gemirmeye başladılar

Son yazılar