Rusiya Ermənistanın KTMT baş katibinin əvəzlənməsi barədə bəyanatını qeyri-peşəkar sayıb

Dərc olunub: 28/07/2018 - 16:48

xacaturRusiya Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun əvəz edilməsinin zəruri olması barədə bəyanatını qeyri-peşəkar sayır.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Moskvadakı yüksək səviyyəli diplomatik mənbədən bildirilib.

Qeyd olunub ki, bu gün Ermənistan XİN KTMT üzvlərinə təşkilatın baş katibinin əvəzlənməsi prosesini başlamağı təklif edib: “Bu bəyanatı eşitmək həm də ona görə təəccüblüdür ki, Ermənistandakı dəyişiklik bu ölkənin xarici siyasət idarəsinin kollektivi ilə bağlı dəyişikliyə yol açmayıb. Məhz Ermənistan XİN uzaq olmayan tarixdə KTMT-yə Yuri Xaçaturovun namizədliyini irəli sürüb. Ən başlıcası isə Ermənistan XİN proseduru çox yaxşı bilir. Prosedura əsasən məhz Ermənistan KTMT baş katibinin geri çağırılması prosesinə başlamalıdır, çünki Yuri Xaçaturovun bu ölkənin nümayəndəsidir. İrəvan KTMT-yə yazılı məktub göndərməlidir, məhz bundan sonra Yuri Xaçaturovun KTMT baş katibi kimi səlahiyyətinin rəsmən dayandırılması proseduru başlanacaq. Bu rəsmi prosedur baş katibin əvəzlənməsi yox, onun səlahiyyətinin dayandırılması olacaq”.

Qeyd edək ki, , Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Y. Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürüb. İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb. Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb. Y. Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb. Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.








loading...


Fikrinizi bildirin