Məhkəmə Robert Koçaryanı zaminə buraxmadı

İrəvan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Koçaryanı zaminə buraxmaqdan imtina edib. Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

"Robert Koçaryanın zaminə buraxılması barədə vəsatət təqdim olunub. Söhbət kifayət qədər böyük məbləğdən gedib. Vəsatət təmin olunmayıb", - deyə jurnalistlərlə görüşdə vəkil Ruben Saakyan bildirib.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə dünən həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar