Azərbaycan cüdoçusu "Qran-Pri" yarışında bürünc medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə "Qran-Pri" yarışı keçirilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı "Qran-Pri"də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar