Ronaldo “Instagram”da hər paylaşımına görə 640 min avro qazanır

İtaliyanın “Yuventus” komandasının futbolçusu Kriştiano Ronaldo “Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır.

“Report” “Hopper HQ” servisinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır.

İlk “10-luq”dan Fransa təmsilçisi PSJ-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və İspaniyanın “Barselona” komandasının argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).

Qeyd edək ki, bir müddət əvvəl “Real Madrid”dən “Yuventus”a 112 milyon avroya transfer olunan Ronaldonun “Instagram”da 137 milyon izləyicisi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar