Moskva Yerevanın Xaçaturovu işdən çıxarmaq xahişinə cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun geri çağırılması proseduru ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun geri çağırılması ilə bağlı proseduru izah edib.

S. Lavrov nəzərə çatdırıb ki, prosedura əsasən, məhz Ermənistan öz vətəndaşını KTMT baş katibi postundan geri çağırmalıdır.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi KTMT-nın baş katibi Yuri Xaçaturovun əvəz edilməsinin zəruri olması barədə bəyanat yaymışdı.

Onu da xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da Y. Xaçaturova qarşı ölkənin konstitusiya quruluşunun devrilməsi barədə ittiham irəli sürüb. Bu gün Y. Xaçaturov məhkəmənin qərarı ilə 5 milyon dram (10 min ABŞ dolları) qarşılığında zaminə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar