Lopeteqi İskoya güvənir – Hazard alınmayacaq

Dərc olunub: 28/07/2018 - 22:38

0604837349e93b787f0124cc80d6f73b“Real”ın yeni baş məşqçisi Xulen Lopeteqi “Çelsi”nin futbolçusu Eden hazardın transferindən vaz keçib.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın “As” nəşri xəbər yayıb.

İskoya güvənən Lopeteqi belçikalı yarımmüdafiəçinin transferinə ehtiyac duymayıb. İspaniya millisinin sabiq baş məşqçisi İskonun “Real”da sabit çıxış etmədiyi vaxtda da ona yığmada şans verirdi. İndi isə 26 yaşlı yarımmüdafiəçi daha yaxşı təsir bağışlayır.

Qeyd edək ki, “Real”ın Hazardı 190 milyon avroya transfer edəcəyi barədə xəbərlər yayılmışdı.










loading...


Fikrinizi bildirin