Səməd Seyidov: Belə çıxır ki, Avropa Şurası Ermənistandakı kütləvi qətlləri bəyənib?

"Ermənistanda 2008-ci ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra erməni xalqı, hakimiyyətin Köçəryandan Sarkisyana keçidini təmin etmiş manipulyasiyalara, saxtakarlıqlara və korrupsiyaya qarşı etiraz edərək küçələrə çıxdı. Ermənistan ağır daxili siyasi böhranla yükləndi, hansı ki, ondan çıxmaq üçün Köçəryan sadə yol tapdı - etiraz edənləri güllələtdi".

Bunu virtualaz.org-a Robert Köçəryanın həbsi haqda informasiyanı şərh edərkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın nümayəndə heyətinin başçısı Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, o günlərdə bütün dünya Yerevandakı faciəli hadisələri müşahidə edir və susurdu. Və nə vaxt ki, Azərbaycan beynəlxalq səviyyədə bu məsələni qaldırdı, subyektivlikdə və qərəzlilikdə ittiham olundu.

"İndi onların 1 mart 2008-ci ildə güllələdikləri hakimiyyətə gəliblər. Bu gün Paşinyan və Ter-Petrosyan Köçəryanı həbs edir. Onlar cinayət işləri qaldırır, seçkilərdə saxtakarlıq etdiklərinə və Ermənistanın konstitusiya quruluşunu devirdiklərinə görə Xaçaturovun və Sarkisyanın qohumlarının həbsini tələb edirlər. Bəli, kütləvi qətllərlə bağlı dəhşətli faktlar tədricən açılır. Amma... Məsələ ondadır ki, bəs Ermənistanda 2008-ci il seçkiləri ilə bağlı AŞPA-da qəbul edilmiş qətnamələr necə olsun?! Axı həmin sənədlərin hamısında yazılıb ki, Ermənistanda seçkilər əsasən Avropa Şurasının standartlarına müvafiq olaraq təşkil edilib", - deyə o vurğulayıb.

Səməd Seyidov ona təəccüblənir ki, kütləvi qətllərlə nəticələnən saxta seçkilər Avropa Şurasının standartlarına necə cavab verə bilər?!

"Amma əgər bu, AŞPA-nın rəsmi sənədlərində əksini tapıbsa, onda digər sual yaranır: onlar necə və kimlər tərəfindən qəbul edilib? Köçəryanın, Xaçaturovun və Sarkisyanın ailə üzvlərinin həbsləri hakimiyyətdə olmuş bu insanların cinayətkar fəaliyyətinin qanunauyğun nəticəsidir. Ancaq bununla birlikdə ortaya yenə çox ciddi suallar çıxır: necə olub ki, bu cinayətkarlar və oğrular uzun illər beynəlxalq forumların hörmətli qonağı olublar və onların cinayətkar fəaliyyətinin üstü tərifləyici və təqdiredici qətnamələrlə örtülüb?!",- deyə S.Seyidov soruşur.

635x100

Şərhlər

EWDER 2018-07-28 23:29:37

SENINDE BOW BOW DANIŞMAQIN VAR,GUYA BIZDE YAXWIDI...

Bashirov Qarib 2018-07-28 23:29:37

Səməd muəllim ,xalqın iradəsi ilə formalaşan hakimiyyətin borcudur ki,xalqa zulm edenləri cəzalandırsın.Bu bir normadır.Sizin narahatçılıgınızı anlamaq olmur.Avropanın nə vecinədir ki,demokratiya-yəni xalq hakimiyyəti necə formalaşdırır.

Son yazılar