Israildən uzunmüddətli müharibə anonsu - Video

BMT-nin səylərinə və ABŞ rəhbərliyinin danışıqlarda şəxsən iştirakına baxmayaraq, ötən şənbə Qəzzada elan edilən atəşkəsi uzunmüddətli sülhə çevirmək mümkün olmayıb.

APA TV-nin məlumatına görə, BMT-nin Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırışı da qətnamə kimi qəbul edilməyib.

İsrailin baş naziri Binyamin Netanyahu ötən axşam sərt bəyanatla çıxış edib: “Mən bəyan etmişəm və təkrar edirəm: əməliyyatlar davam edəcək. Biz məqsədimizə çatana qədər güc tətbiq edəcəyik və hərəkətlərimiz qəti olacaq. İsrail vətəndaşları təhlükə altında yaşaya bilməzlər. Biz yeganə təyinatı vətəndaşlarımızın öldürülməsi olan bütün tunelləri zərərsizləşdirmədən əməliyyatı dayandırmayacağıq”. Baş nazir İsrail vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırıb.

İsrailin müdafiə naziri Moşe Yalon isə bəyan edib ki, yaxın günlərdə Qəzzada hərbi əməliyyatlar genişləndiriləcək.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail hökumətini mülki vətəndaşların təhlükəsizliyinin qorunması prinsipindən qan tökmək üçün bəhanə kimi istifadə etməkdə günahlandırıb: “İsrailin müqəddəs günlərə, fərqli dinlərə saqğısının olmadığı bir daha göründü. İsrailin hüquqa məhəl qoymadığı son əməliyyatlarla bir daha üzə çıxdı”.

Bu arada isə Qəzzaya hava hücumları Ramazan bayramı günündə də davam edib. Ən son məlumata görə, İsrailin hərbi əməliyyatlara başlamasından bu günədək həlak olan fələstinlilərin sayı 1067-yə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar