Ermənilər Əlibəylini atəşə tutdu

Ötən gün axşam saatlarından başlayaraq Tovuz rayonunun cəbhəyanı ərazilərində düşmən fəallığı nəzərə çarpıb.

Rayonun Əlibəyli kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Ermənistan silahlı birləşmələri müəyyən fasilələrlə iriçaplı silahlardan kəndi intensiv atəşə tutublar. Tovuzun digər sərhədyanı kəndi olan Ağdamda da atəş səsləri eşidilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub, hazırda sakitlikdir və heç bir itki yoxdur.

Qeyd edək ki, dünən gecə isə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 92 dəfə pozulmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar