Köçəryan ən azı 15 il azadlıqdan məhrum ediləcək - Rus ekspert

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ən azı 15 il azadlıqdan məhrum ediləcək.Bunu Oxu.Az-a rusiyalı bloqer, siyasi təhlilçi Denis Korkodinov keçmiş erməni prezident R.Köçəryanın həbsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, kifayət qədər maraqlıdır ki, barəsində 2008-ci ildə 23 fevral – 2 mart, o cümlədən martın 1-dən 2-nə keçən gecə Yerevanda baş verən hadisələrə görə cinayət təqibi başlamış Köçəryan Ermənistan CM-in 300.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri (zor tətbiq etməklə Ermənistanda konstitusiya quruluşunun pozulması, həmçinin Ermənistan prezidenti, parlamenti, Konstitusiya Məhkəməsi və ya hökumətin səlahiyyətlərinin Konstitusiya ilə nəzərdə tutulmayan üsulla ələ keçirilməsi) törədib.

“İstintaqın rəyinə görə, ittihamın sübut bazasının əsasında Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın 23.02.2008-ci il tarixli (0038 nömrəli) əmri, həmçinin Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş hakimi Valeri Poqosyanın “2008-ci ildə S.Sarqsyanın Ermənistan prezidenti seçilməsinin qanuniliyini tanımaq məqsədilə onlara göstərilən təzyiq haqqında” ABŞ-ın diplomatik idarəsinin əməkdaşlarına verdiyi bəyanat dayanır”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, Mikael Arutyunyanın əmrinə əsasən, 2008-ci ilin fevralında Ermənistanda faktiki olaraq hərbi vəziyyət tətbiq olunurdu və həmin dövrdə etiraz aksiyalarının iştirakçılarına qarşı odlu silahdan istifadə oluna bilərdi.

“Erməni müstəntiqlərin hesab etdiyinə görə, bu əmr Ermənistan Konstitusiyasının dinc aksiya iştirakçılarına qarşı silah tətbiqini qadağan edən 4-cü maddəsini pozurdu. Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Valeri Poqosyanın bəyanatına gəldikdə isə, o, ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqtonun 07.03.2008-ci il tarixli məruzəsi sayəsində istintaqa məlum olub”, - deyə saytın həmsöhbəti bildirib.

Korkodinovun sözlərinə görə, amerikalı diplomatın həmin məruzəsində qeyd olunur ki, Konstitusiya Məhkəməsinin üzvü Valeri Poqosyan martın 6-da, axşam saatlarında gizli şəkildə ABŞ səfirliyinə müraciət edərək, prezident administrasiyası əməkdaşları tərəfindən ünvanına daxil olan təhdidləri müzakirə etmək məqsədilə evində təcili görüşün keçirilməsini xahiş edib.

Belə görünür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsində məhkəmədə eks-prezidentin ittiham olunduğu əməllərin cinayət tərkibini sübut etmək və bu cinayəti Ermənistana xəyanət maddəsinə tövsif etmək niyyətindədirlər.

Bununla əlaqədar olaraq, istintaqın əsas vəzifəsi Robert Köçəryanın törətdiyi əmələ dair obyektiv sübutların, faktların tapılması zərurətindən ibarətdir. Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının rəyinə görə, həmin əməl ağır cinayətin tərkib hissəsini formalaşdırır.

Bununla yanaşı, vəkillər A. Orbelyan və R. Saakyanın təmsil etdiyi müdafiənin əsas işi Robert Koçaryanın cinayət təqibinə məruz qoyacaq qanunun geriyə tətbiq qüvvəsinin qeyri-mümkünlüyünü sübut etməkdir.

Başqa sözlə, Ermənistanın ikinci prezidentinin vəkillərinin nəzərincə, onun siyasi müxalifətin respublikanın konstitusiya quruluşuna qarşı müəyyən planlarına aiddiyyəti olsa da, Robert Köçəryanın 2008-ci ildə törətdiyi əməllər cinayət kimi təsnifləşdirilə bilməz, çünki həmin əməllərə görə cinayət məsuliyyəti Ermənistan CM-ə 2008-ci ildən sonra qüvvəyə minmiş dəyişikliklərə əsasən yaranıb.

Buna baxmayaraq, çətin ki, Ermənistanın hüquq-mühafizə sistemi Robert Köçəryan üçün cəzanın yumşaldılmasına yol verəcək. O, böyük ehtimalla ən azı 15 il azadlıqdan məhrum olunacaq”, - deyə ekspert qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar