CAHANGİR HACIYEVİN XANIMI 334 MİNLİK DAŞ-QAŞ ALDI - İngiltərə qarışdı

Lüks mülk, yaxşı şərab və xüsusi təyyarəsinin də daxil olduğu bir həyat tərzi sürən, lakin müəyyən səbəblərdən adı çəkilməyən bankirin həyat yolddaşı bir gün ərzində daş-qaş üçün 150 min funt-sterlinq (334 min AZN) xərclədiyi üçün Birləşmiş Krallıq Milli Cinayət Agentliyi tərəfindən məhkəmə işinə cəlb edilib.

Financial Times nəşri bildirir ki, iyulun 27-də London Ali Məhkəməsində xərcləmənin detalları ilə bağlı keçirilən dinləmədə MCA qadından 22 milyon funt-sterlinq (49 mln AZN) dəyərində olan əmlaka necə sahib olmasına aydınlıq verməsini tələb edib.

Kimliyi açıqlanmasa da, İnsider.az-ın əldə etdiyi məlumata əsasən, məhkəmə işinə cəlb olunan qadın Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşıdır.

MCA təsdiqləyib ki , xanım A kimi təqdim olunan qadının həyat yoldaşı öz şəhərlərində dövlət bankında işlədiyi vaxtda pul mənimsəyib və qadın həmin pul hesabına özünə əmlak alıb. Avropa İqtisadi Zonasından kənarda yerləşən şəhərin də adı da qeyd edilməyib. MCA tərəfindən xanım A-ya qarşı aparılan İzahedilməyən Sərvət Hökmü (İSH) 50 min funt sterlinqdən çox aktivləri olan şəxslərə qarşı götürülən ölçüdür. Qeyd edək ki, İSH gəlirlərinin az olduğu halda bu qədər sərvətə necə sahib olduqlarını açıqlamalarını tələb edir.

Həmçinin bu hökm Birləşmiş Krallıqda və xaricdə ciddi kriminal fəaliyyətdə şübhəli bilinən şəxslərə, siyasətçilər, mülki qulluqçular, onların ailə üzvləri və ya onlara yaxın adamlara qarşı tətbiq edilə bilər.

Xanım A bildirir ki, həyat yoldaşı dövlət işçisi olmayıb və əldə etdikləri sərvət ona kommersiya bankının əməkdaşı kimi leqal yolla gəlib.

Qeyd edək ki, hakim sonda öz hökmünü açıqlayacaq.

Məhkəmə xanım A-nın 16.3 milyon funt (36 mln AZN) da daxil olmaqla Naytbricdəki Harrods mağazasında olan nəhəng xərcləmələri barədə dinləmələr aparıb.

Bir neçə il öncə cənab A varlı investorlar üçün olan vizaya müraciət edib. Xanım A-nın vəkili Ceyms Levis bununla bağlı deyib ki, cənab A mülki qulluqçu deyil: “Onların böyük imkanı olub və Davosa səfər ediblər… Bunlar hamısı kommersiya fəaliyyətinin tərkib hissəsidir. Xanım A-nın xərcləri göstərir ki, onun əhəmiyyətli dərəcədə pulu olub və həmin pulu heç bir cinayət üçün sərf etməyib”.

Financial Times qeyd edib ki, cənab A kütləvi aldatma hallarına görə həbs edilib. Məsələyə münasibət bidlirən vəkil isə deyib ki, bu ədalətsiz qərardır.

Xanım A sahib olduğu sərvətə görə pul yuyulmasında şübhəli bilinə bilər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri C. Hacıyev və daha 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunmuşdu. 2016-cı il otyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində C.Hacıyev qeyd edilən maddələr üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda hökmə əsasən Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min dollarlıq qol saatı, üzərində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri Cahangir Hacıyev yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunmuşdu. Məhkəmə həmçinin Cahangir Hacıyevdən banka dəymiş zərərin ödənilməsi ilə də bağlı qərar çıxarmışdı. Sabiq bankirə banka qaytarılmayan kreditlərə görə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub və bu məqsədlə ondan 63 milyon 800 min tutulmasına qərar verilib.

635x100

Şərhlər

Şəkidən 2018-07-29 21:06:42

Həqiqətəndə Cahangir Haclyevin pul qazanan obyektlərində, onun həbs olunmasından sonra fəaliyyətlərində heç bir müsbət dönüş olmamışdır.Yenə də Şəki-Bazar ASC-də ildə ən azından 500-600 min manat vergidən yayınma hallarına yol verilməsinə baxmayaraq Vergi əməkdaşları tərəfindən göz yumulur...Peşəkar Səhmdarlar işsiz həyatı yaşamasına baxmayaraq,C.Hacıyevin yaxın qohumlarından olan Rövşəni Bazara direktor müavini vəzifəsinə təyin ediblər,ancaq ayda bir dəfə Şəkiyə gəlir yığılan pulu aparmağa.Onu tap.müm.deyi

Kimsəsiz 2018-07-29 21:06:42

Bir az da o biri cahagirin xaımından yazın,insanlara məlum olsun ki. milyonlar ona haradan gəlib.Cahangir Əsgərovun.... Aəroportda o qədər pul qazanmaq olmaz.Bunun mənbəi hardandır?

Şəkidən 2018-07-29 21:06:42

Cahangir Hacıyev həbs olunmasına baxmayaraq,onun pul qazanan obyektlərində özbaşnalıqlar hökm sürməkdədir,aidiyyatı qurumlar isə qanunsuzluqlara göz yummaqdadırlar ? Şəki-Bazar ASC-də uzun illərdir ki,qazanılan gəlirin 90 %-i rəsmiyyətə daxil olmayaraq Vergidən yayınır,qalan 10 %-i heaba daxil olur,o da qanunsuz əmək haqqı hesabına silinir. Bu səbəbli Səhmdarlar uzun illərdir ki, dividentsiz qalıblar ? Direktor vəzifəsinə "Mollanı", Baş mühasib vəzifəsinə isə "Dəmirçini" təyin etməklə Qanunu tapdalayıblar..

Lala 2018-07-29 21:06:42

Anlamağ olmur kim nə işlərnən mışğul olub. Məmurlar o boyda pul hərcləyir, qaldı bunun xanımı.

Baharın diqqəтinə 2018-07-29 21:06:42

Cahangirin Xanımı dovləin uçan pullarına gorə, Koçərуan və Sərkisуan qanlı iki Qarabag genosidinə gorə nədənsə Azərbaуcan mühakiməsindən çox uzaqdadırlar..........Məqalədə qeуd olunan xanım və cənab(abzas 9)A lar isə banklardan zəmanəтlə də koçürülmüş və heç nə ilə odənilməmiş pulların da məsuliууəтinin xalqa geniş anlamlı mədəni-məтbuu silgisi ola bilər.

Bahar 2018-07-29 21:06:42

Xanım A kim istəyirsə ola bilər, kim bilir kimin xanımı. Azərbaycanın bütün məmurları orda ev alıblar çoxdan, heç kim marağlanmır? İngiltərə iş qaldırıb, biz yox. Goy özləri araşdırsın.

serlok Holms 2018-07-29 21:06:42

Buradaki Memuur, nazir, komite rehberleri, deputatLarin baha kimleri sayim arvadlari bundan da coooooooox alirlar. Sadece------- Cahangirin elindeki Pulu almaq ucun muxtelif kombinasiyalar qurulur! Vessalam!!!! Bir yer tapsaydiq basimizi burdan goturub gederdik.

Son yazılar