Türkiyə «BRİKS»-ə üzv olmaq istəyir - Ərdoğan alyans liderlərinə çağırış edib

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Yohannesburq şəhərində keçirilən «BRİKS» sammitinin gedişində Türkiyənin bloka üzv olmasına razılıq verilməsi üçün alyans liderlərinə çağırış edib. Bu barədə «Hurriyet Daily News» qəzeti yazıb.

«Mən dedim ki, əgər bizi alyansa qəbul etsəniz, blok «BRİKST» adlanacaq» - deyə, Ərdoğan iyulun 27-də jurnalistlərə bəyan edib. Sonra əlavə edib ki, BRİKS üzvləri onun təklifini alqışlayıblar.

«Biz, bu 5 ölkə ilə birlikdə G20-yə daxilik, mən istərdim ki, onlar bizi qəbul etmək üçün vacib addımları atsınlar və biz, BRİKS-də öz yerimizi tutaq» - deyə, prezident bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiyanın Prezidenti Vladimir Putin BRİKS ölkələrinin sayının artırılmasının planlaşdırılmadığını bildirib, ancaq onu da qeyd edib ki, BRİKS ölkələrinin liderləri perspektivdə iştirakçıların sayının artırılmasını istisna etmirlər. O, əlavə edib ki, BRİKS-ə daxil olmaq istəyən namizədlər istək nümayiş etdirirlər, amma bütün həmkarlar buna ehtiyatla yanaşırlar. Rusiya Prezidentinin sözlərinə görə, «təşkilat açıqdır», amma yeni üzvlərin birləşmə məsələsi «əlavə işləmələr» tələb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar