İsrail və Misir Türkiyəni müharibə ilə təhdid etdi - "Hərbi müdaxilə edəcəyik"

Yunan Kiprində keçirilən beynəlxalq konfransda İsrail və Misirin səfriləri Türkiyəni hərbi hücumla hədələyiblər.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, xaricdə yaşayan yunanlarla bağlı keçirilən konfransda çıxış edən İsrailin Kiprdəki səfiri Ammi Ravel yunanların Aralıq dənizində mavi qaz axtarışının təbii haqları olduğunu bəyan edib.

Səfir bildirib ki, Türkiyənin buna qarşı çıxması və təhdidləri müharibəyə əsasdır: “Ümid edirəm ki, türk təhdidləri səbəbi ilə İsrail hərbi müdaxiləyə əl atmaq məcburiyyətində qalmayacaq”.

İsrailin səfirindən sonra tribunaya qalxan Misirin Kiprdəki səfiri Mai Taha Məhəmməd isə daha sərt çıxış edib. O, Ankaranı açıq şəkildə müharibə ilə hədələyib: “Gərəkirsə, Türkiyəyə qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəyik. Buna hazırıq”.

Diqqətçəkən məqamlardan biri də odur ki, konfransda iştirak edən ABŞ-ın Kiprdəki səfiri Cazleen Doherti də İsraillə Misirin müharibə çağırışı edən səfirilərinə dəstək verib. O deyib ki, Türkiyənin yunanlara qaşrı münasibəti ABŞ üçün də qəbuledilməzdir.

Xatırladaq ki, hələ bir müddət əvvəl ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıb.

İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarət konsorsiumun bu qərarı isə Ankara tərəfindən çox sərt qarşılanıb. Ankara kəşfiyyat qazıntılarının aparılacağı ərazilərin mübahisəli olduğunu qabardaraq, Kiprin türklər qanadının və Türkiyənin maraqlarının nəzərə alınmayacağı təqdirdə, buna imkan verməyəcəyini bəyan edir. Ancaq ABŞ və İsrail şirkətləri  2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən “Tamar”a yaxın ərazilərdə 238 milyard kubmetr təbii qaz ehtiyatı olduğunu bəyan edərək, geri çəkilmək niyyətində deyil. Əksinə, göründüyü kimi, müharibəyə belə hazır olduqlarını bəyan edirlər.

Belə bir gərgin məqamda isə Misir də İtaliyanın “Eni” neft-qaz şirkəti vasitəsi ilə Aralıq dənizində qaz axtarışını genişləndirərək, Ankaraya qarşı rəqib olan ölkələrlə eyni çərgədə mövqe tutub.

635x100

Şərhlər

R-n 2018-07-29 23:25:55

Vallah,bunlarin bashi xarab olub,xususen de Misirin.Yemeye corek tapmir,muharibe etmek isteyir.Yegin Osmanli imperiyasinin gayitmagini isteyirler...

Mirzə AĞ 2018-07-29 23:25:55

Misir neyləsin? ABŞ bu ölkəni verib "Siska"nın sərəncamına, o da "müsəlman qardaşlara" divan tutur...

Abit 2018-07-29 23:25:55

Хрен вам,во сне только увидите......Türkiyenin .... israilin boğazında qalacaq

Abit 2018-07-29 23:25:55

İsraili bir dövlet kimi yer üzünden siler Türkiye.Yer üzünde özleri kimi ........ millet yoxdu.Her zaman seninleyik Türkiye.Qelet eder Türkiyeye herbi müdaxile eden.İsrailin ....çatmaz ona.Misirdəki kimi şerefaiz hakimiyyət sözde destek verecek İsraile.

t.ədalət 2018-07-29 23:25:55

Misir kimi müsəlman dövlətinin olmasından olmaması yaxşıdır.Sonda Misir də İsrailin zavalına gələcək.

Son yazılar