Türkiyə Beynəlxalq arbitraja müraciət edəcək - ABŞ F-35-ləri verməsə...

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, əgər Amerika Birləşmiş Ştatları (ABŞ) saziş üzrə Türkiyəyə verməli olduğu beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri müəyyən olunmuş vaxtda Türkiyəyə verməsə, sonuncu beynəlxalq arbitraja müraciət edəcək. Bu barədə Prezident Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq edib.

O, həm də anladıb ki, Ankara qırıcılar əldə etmək məsələsində «alternativləri nəzərdən keçirə bilər».

İyun ayının sonunda ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell Türkiyəni sanksiyalarla və Rusiyadan S-400 zenit-raket kompleksləri alacağı təqdirdə, artıq dəyəri ödənilmiş beşinci nəsil qırıcıların verilməsindən imtina edəcəkləri ilə hədələyib. Bu isə mahiyyət etibarilə, treyderlikdən başqa bir şey deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar