"MÜDAFİƏ NAZİRİ DƏYİŞDİ, PULUM KƏSİLDİ..." - Deputatın səs yazısı yayıldı + VİDEO

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. 

Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi" xahiş edir. Audioyazını hakimiyyətyönlü criminal.az saytı yayıb.

Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın. Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar.

Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o bu pulu hansısa Cabir vasitəsilə alırmış...

Elmira Axundovanın ailəsi bu həftə ərzində artıq ikinci dəfədir qalmaqal mərkəzinə düşür. Daha əvvəl internetdə onun oğlu Həbib Axundovun videosu yayılmışdı. Həmin videokadrlardan görünür ki, deputatın oğlu təmtəraqlı həyat tərzi keçirir və özünə heç nədə korluq vermir. Videoda həmçinin hələ sağ olan model Günel Mirzəyeva da yer alır. Xatırladaq ki, şayiələrə görə, o, Həbib Axundovun yaxtasında həlak olub. Ölüm hadisəsi 26 iyun 2017-ci ildə Xəzər rayonunun Bilgəh qəsəbəsində baş verib. Rəsmi orqanlar məşhur modelin dənizə məhz kimin yaxtasında çıxdığı barədə açıqlama verməyiblər. Məlum olan yalnız odur ki, Günel Mirzəyeva 5 dostu ilə birlikdə yaxtada dənizə çıxıb və boğulub.

Elmira Axundovaya və onun oğlu Həbib Axundova qarşı davamlı kompromat axınının bu günlərə düşməsi təsadüfi deyil. Məsələ ondadır ki, Həbib Axundovun adı dələduzluqla bağlı hay-küylü işdə əvvəlcə şübhəli kimi keçirdi, sonradan isə zərərçəkmiş kimi keçir. Dinləmələr Bakı ağır cinayətlər məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilir. İşdə təqsirləndirilən şəxs qismində Elmira Axundovanın oğlu Həbib Axundovun keçmiş işgüzar partnyoru İbrahimov Elnur Rauf oğlu ittiham olunur.

E.İbrahimov 2016-cı ilin noyabrında iki il gizləndiyi Moskvada saxlanılıb. O, bir milyon manatdan çox vəsaitin mənimsənilməsində ittiham edilir. O öz qurbanları Elvin Vəliyevə, Sabir Ağayevə və başqalarına söz verib ki, Dubaydan printer kartriclərinin və başqa ofis inventarının idxalı üzrə ümumi biznesi təşkil edəcək. Və bu işdə onun partnyoru Həbib Axundov olub.

Həbib Axundov özü iş üzrə zərərçəkmiş kimi keçir. Cinayət işinin materiallarına əsasən, İbrahimov onunla 835 min manatlıq müqavilə bağlayıb, amma nəticədə onu aldadıb. Ancaq zərərçəkmiş Fərman Məmmədov tələb edir ki, Axundov da ittiham edilən şəxs kimi cəlb edilsin, çünki, onun sözlərinə görə, o, pulu İbrahimova yox, məhz Həbib Axundova verib.

Maraqlıdır ki, Həbib Axundovun təmtəraqlı həyatı haqda qalmaqallı videonun yayılmasından bir sutka sonra deputatın oğlu jurnalistlər qarşısına çıxıb və məsələyə aydınlıq gətirməyə qərar verib. Elmira Axundovanın oğlu öz müsahibəsini Real Tv-yə verib.

Müsahibədə Həbib Axundov qeyd edib ki, müxalifət KİV-i vasitəsilə yayılan qalmaqallı video Fərman Məmmədova onun tanışlarından biri tərəfindən ya satılıb, ya da ötürülüb. Videonun özündə Həbib Axundov qəbahətli heç nə görmür: onun sözlərinə görə, o, təmtəraqlı həyat sürmür. Və bütün pulları bizneslə məşğul olaraq o özü qazanır.

Gənc biznesmenin sözlərinə görə, onun anası-deputat heç vaxt pul oğurlamayıb və "imkan da olmayıb". Və bütovlükdə o yalnız deputat maaşına yaşayır.

Həbib Axundov etiraf edir ki, onun böyük biznesi var, hansında ki, "yüzlərlə insan işləyir". Və bu vaxt o, Fərman Məmmədova pul "atdığı" barədə bütün deyilənləri təkzib edir. Deputat oğulunun sözlərinə görə, əksinə, ona “atıblar”. Həm də elə böyük məbləğdə ki, o kreditlər götürmək məcburiyyətində qalıb və onları təzəlikcə və güclə bağlaya bilib. Bir sözlə, o, Fərman Məmmədovdan heç bir pul almayıb. Həbib Axundov həmçinin məşhur model Günel Mirzəyevanın həlak olması mövzusuna toxunub və qeyd edib ki, həmin faciəli anda o onun yanında olmayıb.

Bəlkə də cavan və uğurlu biznesmenin, hörmətli deputat Elmira Axundovanın oğlunun sözlərinə inanmaq olardı. Amma Fərman Məmmədovla Elmira Axundova arasında olan və bu gün yayılan audioyazı bütün kartları yenidən qarışdırdı. Əgər Həbib Axundov Fərman Məmmədovdan pul götürməyibsə, onda deputat Elmira Axundova niyə özünü alçaldaraq ondan borcu ödəməsini təxirə salmaq üçün vaxtı uzatmasını xahiş edir?! Bəlkə söhbət ictimaiyyətə məlum olmayan hansısa başqa bir borcdan gedir? Ehtimal ki, Həbib Axundova və ya onun deputat anasına, bütün bu suallara aydınlıq gətirilməsi üçün, daha bir neçə müsahibə vermək lazım olacaq...(. Virtualaz.org)

635x100

Şərhlər

Yanix-Kərəm 2018-07-30 12:37:43

Bu fotomontajdı dana ponimayeş...

Saday 2018-07-30 12:37:43

Bu hələ bir qadın millət vəkilinin etdikləridir. Millətin başına oyun açırlar. Bunun axırı necə olacaq. Belə gedəcəkmi. Məmurlar deputatlar nəzarətdən çıxıb dövlətin qanunlarını veclərinə almırlar ya onlara bu qanunlar aid deil. Bir sadə əhalinin biri bir iş görəndə ac canavar kimi düşüb üstünə dərisini soyur ya cinayət işi açırlar. Ölkədə qanunsuzluq hökm sürür. Bilinmir hansı qurluşda yaşayırıq. Məmurlar ölkəni dağıdırlar milli sərvəti mənisəyib yox edirlər.

patript 2018-07-30 12:37:43

Elmira xanim siz narahat olmayin hər şey yaxşi olacaq siz nə birinci nədə axrincisiz yaxşi olacaq darixmayin 150 yada 200 min nə puldu ki kef elə

vetendas 2018-07-30 12:37:43

Elmira xanim niye bele narahatsiz ki...... siz ki biz deyilsiz?!?!?! ...........

G.M 2018-07-30 12:37:43

Gürcüstanlı bir qonşum var..Acığı tutduğu adama bircə kəlmə..``Ə niyə ölmörsən`` deyir.

Oqtay 2018-07-30 12:37:43

Təəcüblü heçnı yoxdur bu deputat görür ki bas ha basla kim haradan gəldi sölkür dağıdır bu ölkəni buda qoşulub onlara Onsuzda söz deyən yoxdur.Bir azca tələsir.Qadındır xətrinə dəyməyin o birilərə baxanda buna şükür

EWDER 2018-07-30 12:37:43

SIFIR EBIYEV 20 IL ORDUNU YIXIB TALIYIB,PRIKUWKULUN ACILIWINI YADINIHIZA SALIN...NE OLSUN INDI KEYF ELEYIR...SINESINDEDE ORDEN MEDALDAN YER YOXDUR.EWDER OL CANI...

Hörmətli oxucu! 2018-07-30 12:37:43

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli Millət vəkili Elmira Axundova bilməlidir ki, Adəmi adam edən günahını qəbul etməməsidir. Hörmətli Elmira xanım niyə başa düşmürsiniz ki, Vəziyyət təhlükəli həddə çatıb. Sozsüz ki, aysberqin görünməyən tərəfləridə var. Bu boyda sayqısızlıq olmaz. Vallah! Dəhşətlisi odur ki,Bu xanım öğlu kimi səmimiyyətdən uzaqdırlar. Ən maraqlı və dəhşətlisi məqamlardan biri də odur ki, Millət vəkili Elmira Axundova özünə bəraət qazandırır ki, yeni müdafiə nazirinin təyinatından sonra (hətta audioyazıda aydın şəkildə eşidilir) O, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Beləliklə, aydın oldu ki. Millət vəkili özü bu işlərlərlə səxsən məşğul olur. Ondan soruşmaq gərəkdir bu nə deməkdir?Bu heyrətamiz bir məsələdir.Oğlu Həbib bəy əgər uğurlu biznesmendirsə aydınlq gətirsin. Gəlir bəyannaməsini təqdim etsin.

t.ədalət 2018-07-30 12:37:43

Elmira Axundovaya hörmətli yazıçımız Bayram Bayramovun əsərlərinin tərcüməçisi və gözəl insan Əhməd Elbrusun yaxın dostu kimi rəğbət bəsləyirdim.İndi onun ətrafında tonqallanan dələduzluqları gördükcə,bu rəğbətimdən vaz keçirəm.Yaradıcılıqla məşğul olan bir adamın bu qədər bulanıq işlərə qoşulması adamı düşündürür.Yəni,bizim Rusiya ilə bağlı ziyalılarımızın hamısı belədir?

t.ədalət 2018-07-30 12:37:43

Elmira xanımın arxasında Rusiya dayanır.O, sovet dövründə də Rusiyaya arxalanır və Rusiyaya xidmət edirdi.Bizim Rusiyadakı vəzifə sahibləri,əslində Azərbaycana qarşı ermənilik sərgiləyənlər idi.İndidə Elmira xanım köhnə dayağının hesabına atını köndələn çapır."köhnə nazir"Rusiyanın sevdalısı Səfər Əbiyevdir.Görünür,Rusiyadakı mənbə əsgərlərin payından Elmirea xanım üçün də ayırmağı S.Əbiyevə tapşırıbmış..

Yengibar 2018-07-30 12:37:43

Gəlirlər bəyannaməsi deyilən bir anlayış var. Mənası il ərzində qazandığın pul deməkdir.Hər hansı işə, xidmətə görə(qazanc mənbəyi) qazanıb vergisini vermisən, vəssalam.Gəlir mənbəyini göstərə bilmirsənsə, demək bir fırıldaq yiyəsisən. Bu hökumət 30 ildir bu bəyannaməni tətbiq etmir, ona görə də məmurlar başda olmaqla hər kəs imkan düşən kimi Allahsızcasına oğurlayır.30 ildir ki, oğru bir cəmiyyət formalaşıb.Oğruların məramı məlum, bəs hökumət niyə susur?Lənət şeytana, adamın ağlına min cür fikir gəlir..

Bikef 2018-07-30 12:37:43

Belə çıxır ki, L.Уunusdan sonra ordunun inanılan ən dərin xəbərçisi уenə də "onlar"ın ADAMI Elmira xanımmış?

Bashirov Qarib 2018-07-30 12:37:43

Burada sensasiyalı olan nədir Bu adi Azərbaycan sayagı işguzar söhbətdir.Mudafiə Nazirliyi Səfərin vaxtında milyardlar uçuşan məkan idi.Xanım deputada da pul verirlərmiş ki,dinmə.Bu adi bir normadır.Yoxsa,deputad xanıma nə duşub ki,vicdanına yox,qəyyumlarına qulaq assın.

Son yazılar