Maşınlarını icbari sığorta etməyənlərə pis xəbər

Avtomobillərin icbari sığortalanmamasına görə cərimələr artırıldı

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə Azərbaycanda avtomobillərin icbari sığortalanmamasına görə cərimələr artırılıb. Dəyişiklik artıq Milli Məclis tərəfindən qəbul edilib.

Avtomobillərin icbari sığortalanmamasına görə cərimələr fiziki şəxslər üçün 10 AZN-dən 50 AZN-ə, vəzifəli şəxslər üçün 60-80 AZN-dən 100 AZN-ə, hüquqi şəxslər üçün isə 150-200 AZN-dən 300 AZN-ə çatdırılıb. Sürücülər arasında apardığımız sorğudan məlum oldu ki, onlar cərimələrin artırılmasına müsbət baxırlar. Çünki avtomobil icbari sığorta etdirilən zaman qəza baş verdikdə onun təmiri sual altında qalmır. Avtonəqliyyatın icbari sığortalanmamasına görə təyin edilən yeni cərimələr artıq sığorta etmə qiymətinə yaxın olduğu üçün qanunu pozan sürücülər bundan sonra sığorta etdirməyi üstün tutacaqlar.

Ekspert Azər Allahverənovun sözlərinə görə, sürücüləri avtomobillərini sığorta etdirməyə sövq etməyin digər yolu icbari sığorta haqqında maarifləndirmə işinin aparılmasıdır: “Digər tərəfdən sürücülərin sığorta şirkətlərinə inamı azdır. Elə bu səbəbdən də onlar cəriməni ödəməyi sığorta etdirib sonradan get-gələ düşməkdən daha üstün tuturlar".

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin respublika ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. /Anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar