"ELMİRA AXUNDOVA ÖZÜ DƏ BU İŞƏ PUL QOYUB" - Keçmiş şərikləri sənədləri ortaya qoydu 

Xəbər verdiyimiz kimi, bu gün mediada Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb.

Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Daha sonra Elmira Axundova "Real" telekanalına 10 dəqiqəlik açıqlama verərək, F.Məmmədovla münasibətlərindən, onun gizli şəkildə səsyazma apararaq qanun pozuntusu etməsindən danışıb.

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Fərman Məmmədov E.Axundovadan fərqli olaraq faktlarla danışdığını bildirib: "Onun dedikləri həqiqətə uyğun deyil. Əgər Elmira xanım hesab edirsə ki, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır, biləsiniz ki, biz bunu çoxdan istəyirik. İndi Elmira Axundova bldirir ki, bu 5 il bundan qabaqkı məsələdir. Fərq etmir. Qoy lap 10 il bundan əvvəlki məsələ olsun, əgər cinayət varsa, cəzası da olmalıdır.

Maraqlıdır ki, nədənsə xanım deputat bəzi danışıqları yaxşı xatırlayır, özünə sərf etməyən detalları isə xatırlamır. Əgər özü bildirirsə ki bu işdən heç xəbəri yoxdur, qeyd edim ki, lap yaxşı xəbəri var, Elmira Axundova özü də bu işə pul qoyub. Bu məsələdə bir maraqlı məqam da var: əgər bunların mənə borcu yoxdursa niyə mənimlə ortaq nöqtəyə gəlmək istəyirdilər və mənə 250 min manat ödəyirdilər? Notariusda təsdiqlənmiş sənəd məsələsinə gəldikdə isə, Elnur İbrahimovla Həbib Axundov müqavilə imzalayıb. Yaxşı olardı ki, Elmira Axundova o müqavilələri diqqətlə oxusun. İki müqavilə imzalanıb. Biri 100 min manatlıqdır, digəri isə 735 minlik müqavilədir. Həbib mənə deyirdi ki , Fərman əmi, narahat olmayın, mən sizin pullarınızı sentyabr-oktyabr ayında qaytaracağam. Unutmasın ki, 2005 və 2010-cu illərdə parlament seçkilərində iki dəfə Elmira Axundovanın səlahiyyətli nümayəndəsi olmuşam. Hər şeyi danışmağa başlasam, buna bir sutka vaxt gedəcək. Ona görə də artıq qısa və lakonik danışacağam".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar