İKİ SABİQ XANIM DEPUTAT "ATIŞDI" -  Qarşılıqlı ittihamlar

Sabiq deputat Gültəkin Hacıbəylinin öz "facebook" səhifəsindən paylaşdığı status onun eks-deputat həmkarı Gülər Əhmədovanı möhkəm qəzəbləndirib. Gülər Əhmədova da öz səhifəsindən ona cavab verib.

"AzPolitika.info" iki sabiq xanım deputatın sosial şəbəkədəki "atışmasını" təqdim edərək, kimin nə qədər haqlı olduğunu müəyyənləşdirməyi oxucuların ixtiyarına buraxır.

Gültəkin Hacıbəylinin statusu: "Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət adından bir milyon dollar həcmində dələduzluq cinayəti törətməkdə təqsirli bilinib həbs olunan keçmiş millət vəkili Gülər Əhmədovanın ayda üç min manat deputat pensiyası aldığı ölkədə, o ölkəyə müstəqillik qazandırmış istiqlalçı millət vəkili Məryəm xanım Həsənova evi olmadığı üçün ağbirçək yaşında yaşadığı yataqxanada, səfalət içində gözlərini həyata əbədi yumub. İstiqlal düşmənlərinin vəzifə, parlament kürsülərində əyləşdiyi ölkədə gerçək istiqlalçıların taleyi məhz belə də olmalıdır. Allah Məryəm xanıma rəhmət eləsin, nur içində yatsın. Onun haqqını yeyənlərin yediklərini qusacağı günü də görəcəyik, inşallah!"

Gülər Əhmədovanın statusu:  "Gültəkin o qədər gülməli birisidir ki, onun əməllərinin üstü hələ çox açılacaq... Bu, hələ qanmır ki, artıq bunun iç üzünü hətta AŞPA da tanıdı. Və buna cəza kəsdi ki, ay yalançı, sən artıq AŞPA-nın bütün binalarına belə girə bilməzsən. Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin istiqlalçı qadın deputatın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın, görək, niyə mitinqə gələn bu qədər müxalifətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa, qeyri-səmimi və riyakar davranıb. Burdan sənə səslənirəm: "Sakit ol, sənin üzünə qapılarını əbədi bağlamış AŞPA-nın niyə məhz sənə belə davrandığının səbəblərini yaz. O dilsiz-ağızsız qadının ruhu ilə alver eləmə. Sən siyasi alverçisən. Bu heç, məlum məsələdir. Gündəmi bu qadının ruhu ilə dəyişməyə çalışırsan, bu da sənin alver predmetindir. Amma məni müzakirəyə çıxarmağa çalışma. Mən sənə və sənin kimi dəxli oldu-olmadı, mənim adımı çəkən kompleksli adamlara cavab vermirəmsə, bu mənim sizdən qorxduğuma və ya cavab üçün arqumentlərimin olmadığına dəlalət etmir. Əgər bir qadın xanımlığına və yaşına hörmət edib, hər kəsə cavab vermirsə, bu qorxaqlıq deyil. Mənə lap gənc yaşlarımdan verilən öyüdlərdən biri də budur ki, "Qaravaşın işi xanımın arxasınca danışmaqdır". Böyüklük məndə qalsın deyə, çox hədyan və mənasız sözlərə cavab vermirəm.

Amma unutma ki, səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın sənin üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar.  Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə heç kimlə dost ola bildin, nə də kimsəyə yaxşılıq etmədin. Yalnız şəxsi çıxarların ucbatından kiməsə" dost" kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə... Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı... Gecikdin... Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin..."

AzPolitika.info

635x100

Şərhlər

ləman 2018-07-30 17:12:48

Gültəkin xanım iki deputata təqaüd məsələsində hakimiyyətin fərqli münasibətini çox korrektno bildirib. Bu doğru faktdır. Gülər xanımın cavabında nə desəniz var: təhqir, böhtan, hədə... Bu cavabın özü də səviyyənin göstəricisidir. Mən Gülər xanımın yerində olsaydım utandığımdan susardım.

Gülər Əhmədova 2018-07-30 17:12:48

MÜXTLİF NAMƏLUM ADLARLA YAZAN AZƏRBAYCANLILAR!MƏN DÜZ 6!!!!İL DƏXLİ OLDU OLMADI MƏNDƏN DANIŞAN YAZAN SÖZ ATAN ŞƏR DEYƏNGÜLTƏKİN HACIBƏYLİYƏ SAKİTLƏŞMƏSİ ÜÇÜN MÜRACİƏT ETDİM.O 6 İLDİR YAZIR MƏN DƏ BİR DƏFƏ XƏBƏRDARLIQ ETDİM.ONA GÖRƏ DÜŞÜNMƏDƏN YAZMAYIN hƏR HALDA KİMİN- KİMƏ DURMADAN SATAŞMASI KİMİN REKLAMA EHTİYACI OLDUĞUNU GÖSTƏRİR.İKİNCİSİ AZ-ÇOX SİYASƏTDƏN BAŞI ÇIXAN ADAMLAR BİLİR Kİ AŞPA-DA OTURANLAR AXMAQ DEYİL VERDİKLƏRİ QƏRAR DA UŞAQ OYUCAĞI DEYİL AZƏRBAYCANIN AŞPA-DA BELƏ GÜCLÜ NÜMAYƏNDƏLƏRİ

G.M 2018-07-30 17:12:48

Gülər əvvəlki mövqeyinə qayıdan yolun Gültəkinə böhtan kampaniyasından keçməsinə ümid bağlayır.Çox pis bir tendensiya yaranıb.Münbit yem yerlərinə soxulmaq üçün ləyaqətsizlik girdabına girmək yolunu tutanlar ...

Сarçıуeva 2018-07-30 17:12:48

Gülər xanım oz səsi ilə аçıqca hansı daş-mafiуanın üzvü oldugunu bəуan edib! Gülтəkini çıxarma səbəbini isə AŞPA əsaslandırmауib. Güman ki, AŞPA da eуni bir mafiуaуa çalışmaqdadır?

--- 2018-07-30 17:12:48

Deməli Gülər Əhmədovanın biznesinə dəyməyiblər. ...

cəngərlik sakini 2018-07-30 17:12:48

..... hələ onun qardaşı var ey elə pafosla danışır ki,elə bil...

vetendas 2018-07-30 17:12:48

Guler deyesen indi de Gultekin xanimin vasitesile gundeme gelmek, hetta yene de deputatciq da olmaq isteyersen?! Amma, kecmez. Hami seni yaxsi taniyir. Senin mahnin coxdan oxunub. Ayibdi! Nece deyerler: Utanmasan oynamaqa ne var ki?????

MAKSİMUS 2018-07-30 17:12:48

Bu yazını oxuyanda dəhşətə gəlirəm.Hətta münasibət bildirməkdən qorxuram.Kimin haqlı olmadığını və ya kimə pensiya almasının haram olmasını yazmağa ehtiyat edirəm.Ona görə ki,istənilən formada təhqirə məruz qalma ehtimalı realdır.Ancaq bir olan ALLAH kimin haqlı və ya haqsız olduğunu görür və bilir.Hər bir halda bu dünyada kimsə xalqı aldatsa da AlLAHI aldada bilməz.Ona görə də ALLAHIN CƏZASINDAN VƏ YA MÜKƏFATINDAN HEÇ QAÇA BİLMƏZ.İNSANLAR KİMİN NECƏ OLDUĞUNU GÜRÜR VƏ BİLİR.

t.ədalət 2018-07-30 17:12:48

Hər ikisi Azərbaycan xanımıdır.Mən siyasi bölgüləri tanımıram.Təəssüf ki ölkəmizdəki siyasi vəziyyət xanımları da öz oyununa qoşub.Amma onların hər ikisi anadır.İksinə də mübahisəyə son verməyi arzulayıram.

Məmməd 2018-07-30 17:12:48

Güləri daha tanımayan qalmadı. Sağ olsun Elşad. Sevinc Babayeva məsələsi də qaranlıq qaldı...

Qarabağlı 2018-07-30 17:12:48

Allah insana cəza verəndə öncə ağlını başından alır.Bunların heç biri bir şey deyil....

Veteran 2018-07-30 17:12:48

Guler xanimin sozlerinde cox boyuk heqiqet var. Bu sadece olen insani behane ederek catdirmaq istedikleridir. Cox dogru buyurur ki, sen de Guler kimi deputat olmusan! Yaxwiliq elemek bacransan ozun ederdinde de o yaxwliqlari. ....

Mühəndis 2018-07-30 17:12:48

Gültəkin Hacıbəyli AŞPA-da nə edib,onun video çəkilişi yoxdur. Amma Gülər Əhmədovanın keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı videoda etdiyi bazarlğın tam təfsilatını bütün dünya azəriləri bilir.Elşaddan aldığı o pullar xalqın pulu idi.Amma heç biriniz halal yemədiniz.Ona görə heç biriniz haqlı deyilsiniz.Haram pullar yeyən məmur və deputatlar fitil-fitil qusur və gələcəkdə də qusacaq. İnşaAllah !!!

Əhməd 2018-07-30 17:12:48

Qadında əgər qadındırsa abır həya yaxşı şeydir

Müfəttiş 2018-07-30 17:12:48

G.Əhmədova başına gələnləri elə qabardır ki, sanki həbsə xalq yolunda millət təəssübü çəkərkən düşüb. Həqiqətən o üç min manat pensiya sənə düşmür axı...

EWDER 2018-07-30 17:12:48

ELE IKINIZDE BIR BEZIN QIRAQISINIZ...EWDER OL CANI

ziyalı 2018-07-30 17:12:48

Gültəkin xanim çox savadlı, həm də güclü siyasətçi, eyni zamanda ictimaiyyətə öz təfəkkürü ilə gələn fikirləri,öz sözlərini çatdıran gözəl bir xanımdır. Mənim bu xanıma daha çox rəğbətim və hörmətim var. Allah qorusun.

azər 2018-07-30 17:12:48

xanımmı, arvadmı? .....

Serlok Holms 2018-07-30 17:12:48

.....--- Az cox siyasetden basi cixanlar ASPA - nin qerarinin Azerbaycani bu gun ASPA daki selahiyyetli numayendelerinin qurduqu tuzaq neticesinde adini ora saldiriblar. Senin ise Azerbaycan dovleti, Xalqi adindan danismaqa haqqin yoxdu. ..... .... Guzguye diqqetle bax..... Deyirler hele qonsularimizla da qohumluqun var! .......

Son yazılar