Nöqsanlara yol verən 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Bu il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı aşıqlanıb.

APA-nın məlumatına görə, Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 4-ü vəzifədən azad edilib.

Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

635x100

Şərhlər

Hüquqşünas 2018-07-30 17:07:48

Prokururun nöqsnı nə olur? qanuna saymamazlıq etmək (ya tətbiq etmmək,ya da ağırlaşdırıcı halı qəsdən tətbiq etmək ki,bunların hər ikisi cinayət tərkibkidir) niyə cinayət sayılmır? Cinayət törədənə intizam tədbiri-xəbərdarlıq verilir?

EWDER 2018-07-30 17:07:48

COOOOOX AQIR CEZADDDDDDDDIIIIIRRR,MMMOOOLLOOOODDDEEESSS.XEBERDARLIQLA YOLA VERIRSEN GEDIR.ESIL AZERBAYCAN IDAREETME USULUDU,HELEKI, ANALOQU YOXDUR.VAXT VARDI EWDER OLUN EQRABASI INKIWAF EDIRDI,IKRA YEYIRDI...İNDİ NƏ YEYIR...ARTUR MALLIM DEMIWKEN

azər 2018-07-30 17:07:48

tarif aşurasının bu günkü fətvasının dünənki qurbanları..əməliyyat öncəsi kiçik bir novokain dozası..

Son yazılar