Sumqayıtda 6 yaşlı uşağı avtomobil vurub - FOTO

Sumqayıt şəhərində 6 yaşlı uşağı avtomobil vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 11-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2012-ci il təvəllüdlü Şamil Famil oğlu Hüseynov anası ilə birgə gedərkən qəfildən qaçaraq yolu keçmək istəyib. Bu zaman qarşı tərəfdən gələn Murad Əmiralı oğlu Poladzadənin idarə etdiyi 10 MT 343 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar