METRO və MARŞRUT AVTOBUSLARDA GEDİŞ HAQQI ARTIRILDI - Yeni tariflər

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının Katibliyindən APA-ya verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

“Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir. Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən “20 yanvar”, “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Eyni zamanda məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib”, - deyə məlumatda deyilir.

Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

635x100

Şərhlər

Elmir 2018-07-30 21:34:57

TARİF ŞURASI KİMDİR Kİ, DEYİRLƏR BU QƏRARI QƏBUL ET O DA EDİR. BELƏ OLACAQ. ƏHAIİNİN ƏLEYHİNƏ OLAN QƏRARLARDIR. MƏMURLARIN ƏLEYHİNƏ HEÇ BİR QIRAR ÇIXARILMIR MİLYARLARI YEYƏNLƏR DƏ ÖZ KEFLƏRİNDƏDİRLƏR.

müəllim 2018-07-30 21:34:57

Onsuz da hamı bilir ki, avtobuslardan və metrodan yalnız kasıb-kusublar istifadə edir. Bunlar müəllimlər, həkimlər, diplomlu və diplomsuz fəhlələr, təqaüdçilər və s. insanlardır. Bu addım isə həmin insanların bundan sonra daha da sarsılmasına xidmət edir. Çünki hökumətdə oturanlar hamını özləri kimi "yağ içində böyrək" təsəvvür edilrər. Bu heç də təəccüblü deyil. "Qulağı kəsiyin dərdini yalnız qulağı kəsik olanlar bilər". Bu hökumətin isə "Araz aşığından və Kür topuğundan"dır.

Əsəd 2018-07-30 21:34:57

Görəsən bu tarif şurası deyilən qurum (şura deyəndə nəsə yadıma Şura höküməti düşür) niyə maaşlar, təqaüdlər, stipendiya məsələsinə baxmır? İndi yəqin deputatlarımız qiymət artımı ilə əlaqədar MM-ə getməyə çətinlik çəkəcəklər və onlar da yeni qanunların qayrılması planlarını yerinə yetirə bilməyəcəklər. Nağayracoğ aa...

Bayram 2018-07-30 21:34:57

Yaşlı nəsil bilir 1970 ci ildə B.İ.Leninin 100 iliyi münasibəti ilə qiymətlər demək olar ki 50% endirildi. Fikirəşirdim ki AXC-nin 100 illiyi münasibəti ilə qiymətlər yəqin ki heç olmasa 5% enər. Ay hay... Bizimkilər öyrəşib xaricilərdən misal çəkməyə. Estoniyada akzimiçka ictimai nəqliyyatda gedişhaqqı ləğv olunub... Onlara nə vara ey neft-qaz başlarından aşır. Yəqin ki Siyavuş müəllimin bu işlərdən xəbəri yoxdur. Ona deməyin aa yoxsa qan düşər...

Obyektiv 2018-07-30 21:34:57

Bu "shura" guya (sovet dovrundeki) kohne qiymet komitesinin evezidir amma, baxirsan ancaq qiymet qaldirma ishinde uze chixir! Bunu tek burada demekle ish bitmir, heleki isti-isti vaxt varken yuksek orqanlara, hokumete (medeni ve aktual shekilde) oz tekliflerini yazmaq olar. Yoxsa bele de qalacaq, hele bu minvalla "shura" bashqa kommunal sahelere de el qatmasa yaxshidir.. Ishin bu yerinde hech gor bir (ozu de 50%) gedish qalximinin yeri idi?! ((

Analitik 2018-07-30 21:34:57

.. Muqayiselere qalsa, Estoniyada ictimai nəqliyyatda gedişhaqqı ləğv olundu. Gelin, (kohnelmish abstrakt "muqayiseler"dense) biraz da bu terefli muqayiselerle danishin de.. Yuxaridan Yerin, Goyun Yaradani ve Hakimi ALLAH baxir!

o.b.n 2018-07-30 21:34:57

çarəsiz millət.səs verdiyin millət vəkilləri nə fikirdədir?bəs o neftiz qazsız ölkələr necə yaşayır.50% gediş haqqın qaldırır,ancaq əmək haqına baxmır o tarif məclısı.yaxşı olardı yuxarıda adı çəkilən ölkələrin minumal əmək haqqını da müqaisə edəydi.birdə ki kimdən çəkinəcəklər hər şey öz əllərindədir.

Analitik 2018-07-30 21:34:57

Heyet terzinin, menevi ve iqtisadi alemin (neche illerdi) mentiqi tefekkurunden chixdigi bir fonda ehali uchun bele bir ishlek sahelerin ne demek oldugunun ferqindedirler??! "Tarif shurasi"di, nedi dogrudan da bu ancaq qiymet artirmaq uchun qurulub?! Guya kohne qiymetlerle chatdirmaq olurdu ki, + bir ustune de gelesen?! Bir de ki, bu "shura" ozbashina bunlari nece eleye bilerdi.. Ele cheynenmish duzsuz "muqayiseler" getirmekle iller aliblar... Ona qalsa, o yerlerde chox sheyler bashqa curedir.. Ayibdi ey..

samaxili 2018-07-30 21:34:57

cox sukurlərki hələ ki olkədə hec olmasa hava pulsuzdu. irdən casib bunu da pullu etsələr nə qayuracux a? milətin milyardlarla pulunu yeyənlər nə bilir avtobus metro nədir? dovlt ayliq əmək haqi 1000 manat olan məmurun ən azi 1 milyonluq malikanədə oturmasindan maraqli olmadixi halda, yetimin 10 qəpiyinə goz tikirsə hec nə battux a....

Həbib 2018-07-30 21:34:57

Əhali amansız istismara talana rüşvətə məruz qalıb.

patriot 2018-07-30 21:34:57

Bu nə deməkdi bəs deyirdilər Azərbaycan ğüclü dövlətdi bu da belə kasibin evi yixildi belə olmaz bir şey olmalidi

pensioner 2018-07-30 21:34:57

utanmasan oynamaga ne varki,o elkeleriki misal getirirsiz ordaki emek haqqi ve pensiyalara baxin ,hele ne eceb demirsiniz emek kollektivlerinin xaisi ile qiymetleri qaldirmisiniz.niye tibbi sigorta yoxdur,devlet xestexanalari muayine aparatlari ile temin olunmur ,muayine ucun ezellere yollanir xesteler.

A.V 2018-07-30 21:34:57

taarif şurasi vətəndaşin yox sahibkarin mənafeyin cudur.İqtisadiyyat nazirliyi və onun tarif şurasi vicdansizliq ediblər.

Abit 2018-07-30 21:34:57

Millet dilenir bunların xeberi yoxdu.Beş manat pensiya artırdı vurub camaatın elinden alacaqlar.İnsanları zorla başqa milletlere yem etmeyin.Baxın Türkmenistana öyrenin

Aslan Kənan 2018-07-30 21:34:57

Utanmasan oynamağa nə var.

G.M 2018-07-30 21:34:57

Çoox şad oldum ki,gediş haqqının qiyməti qaldırıldı.TŞ-sı nə vaxt idi ki,qaldırmağa bir şey tapmırdı....Hər yerindən duran girirdi marşurutlara,boş-boşuna fırlanırdılar.İndi məcbur qalb vaxtlarına qənaət edərlər.

Mirzə AĞ 2018-07-30 21:34:57

Bu, tarif şurası yox, "dəlləklər şurası"dir - əhlini "qırxır"!!!

Rəhim Qaziyev 2018-07-30 21:34:57

Dəyərli Yurddaşlar,ən yüksək səviyyədə söylənən,analoqsuz inkişaf barədə ki yalanlara yaltaqcasına haqq qazandırıb, tərif deyənlər millti indiki duruma gətirdilər.Çox keçməz ki,Mincəçevirdə yaşanan qorxuç enerji böhranının,həmin sahənin müasir texnalogiya ilə təmin edilməsi üçün ayrılıb,talanan milyardların yerini doldurmaq məqsədilə enürji,yanacaq və digər resursların qiyməti qat-qat artirılacaq.Xalqın az təminatlı hissəsi kasıblığın son həddinə düşəcək.Hadılar,,Elmanlar alqışlamağa hazır olun!

Vətəndaş 2018-07-30 21:34:57

Tarif şurası ölkə əhalisini yox,nəqliyyatçəların varlanmasına xidmət edir.Bu onunla swbut olunur ki, manatən məzənnəsi qalxmadığı,yanacaq ( dizel )bahalaşmadığı halda, millətin maaşlarının, müavinət və pensiyalarının dondurulduğundan taruf şurasının qiymət artərması əssassızdır və ölkədə narazılığın artmasın səbəb olacaqdır.Belə artımlar düşünülmüş olmalıdır ki,zavallı əhali zərərə uğramasın.Maraqlıdır,Baş nazir,Prezident aparatı belə məsələlərə niyə biganədur?

EWDER 2018-07-30 21:34:57

....SIZIN TERIF WURAVUZA,WARA MARA KECIRILER...PULUNMILLETDENTUTURLAR...HAMI NAQIL DANIWIR...AZERBAYCAN

Bayram 2018-07-30 21:34:57

Niyə yuxarıda adı çəkilən ölkələrdə olan orta aylıq və minimum əmək haqları bizdəki ilə müqaisə edilmir. Görəsən hökümət qiymətləri artırarkən niyə maaş və təqaüdlərin artırılması barədə düşünmür? Neftimizin qiyməti düşmüşdü yenə də başa düşürdük. İndi isə neftin qiyməti 75 dollar/barel, yəni 127.5 manat/barel-dir. Əvvəllər isə 110 dollar/barel, yəni, 85.8 manat/barel idi göy ilə gedirdik.

Isa 2018-07-30 21:34:57

...min.emek haqqi: RF-nda 282,TC-de (askeri hucret)670 AZN...bizde 130 AZNdir.Muqayise ucun istinad edilen Qazaxstan,Gurcustan,Belorusiya ve s.deki ehalinin yasham seiyyesini ve OZ ayliqlarini da teshebbuskar qurumlarin rehberleri,Tarif SHurasinin emekdashlari aciqlasinlar.. Artimin hec bir iqtisadi,sosial,texniki ve elmi esasi yoxdur. ....

Isa 2018-07-30 21:34:57

...min.emek haqqi: RF-nda 282,TC-de (askeri hucret)670 AZN...bizde 130 AZNdir.Muqayise ucun istinad edilen Qazaxstan,Gurcustan,Belorusiya ve s.deki ehalinin yasham seiyyesini ve OZ ayliqlarini da teshebbuskar qurumlarin rehberleri,Tarif SHurasinin emekdashlari aciqlasinlar.. Artimin hec bir iqtisadi,sosial,texniki ve elmi esasi yoxdur. Primitiv,mentiqsiz,yaritmaz idareciliklerini surdurmek ve doymaz ishtehalarini xalqin cibine girmekle temin edirler

MİSTER FİX 2018-07-30 21:34:57

BELƏ BİR ÖLKƏNİN VƏTƏNDAŞI OLMAĞIMDAN XƏCALƏT ÇƏKİRƏM, HAQQİMİN HALALLIĞINI VERMİRƏM, BU OYUNCAQ DUNYADA OLMASA DA, HAQQ DÜNYASINDA KİMLƏRDƏN HESAB SORACAĞIMI VƏ BUNUN MÜTLƏQ OLACAĞINI DƏQİQ BİLİRƏM. BATSIN SİZİN ANALOQU VƏ RƏQƏMSALLIĞI OLMAYAN İNKİŞAFINIZ!!!

STUDENT 2018-07-30 21:34:57

BELƏ GETSƏ DEYƏSƏN MİNİKDƏN İMTİNA EDİB PİYADA GEDƏCƏYİK

Semed 2018-07-30 21:34:57

cox boyuk teessufler olsun ki tarif surasinda ellewenlerin qiymet atrirmaqdan baqda ellerinden hec bir iw qelmir metrodan avtobusdan kasib tebeqe istifade eyleyir onlari nezere almaq lazimdir

t.ədalət 2018-07-30 21:34:57

AZƏRBAYCANDA İŞSİZLİK BAŞ ALIB GEDİR.hEÇ YERDƏ İŞ YOXDUR.UŞAQLAR ƏSGƏRLİKDƏN QAYIDIR,İŞ TAPMIR.BELƏ BİR VƏZİYYƏTDƏ GEDİŞ HAQLARINI QALDIRMAQ XALQA DİVAN TUTMAQ KİMİ BİR ŞEYDİR.ALLAH BİZİ QORUSUN!

Elçin 2018-07-30 21:34:57

Ölkələrlə müqayisə gülüncdür, tarif şurası zəhmət olmasa ordakı zəhmət haqqlarınıda sadala. Zərərli işləyirlərsə hökümət tatif şurasının üzvülərinin xidməti maşınlarını əlindən alsın, çıxartsın satışa əldə olunan gəliri elə ödəsin ziyanlı işləyən sadalanan qurumlara. Tarif şurasında oturan yekəqarınlar elə bizim kimi qoy metro avtobusla işə gəlib getsinlər.Onda bilərlər qiymət artımı nədi, hamısında xidməti maşında şellənirlər, bu halda toxun nə xəbəri olacaq acından öləndən!

Hacı 2018-07-30 21:34:57

Hansısa qrumun zərərlə işləyir iddiası ilə qiymət qadırmaq külüncdür.Hansısa bir rüşvəxtoru,iş bilməzi vəzifəyə təyin edirlər həmin şəxs normal işləyən müəssisəni yaman günə qoyur,soyur ,talayır əziyyətini sadə xalq çəkir.Ayıbdır.İnsanların son qəpiyini də əlindən almağa çalışırsınız.

azər 2018-07-30 21:34:57

neft-qaz və milyardlar ölkəsinin olmamış səadəti yeni bir dönəmə ayaq qoymaqdadır..yeraltı sərvətləri bu xalqı öz yerinə aparıb və aparmaqdadır..

Femida 2018-07-30 21:34:57

Müqayisə olunan ölkələrin orta ayliq əməkhaqqını da gösdərin.Uşaq başı aldadırlar elə bil.Bu nağılı nəvələrinizə danışsanız inanmaz....

miri 2018-07-30 21:34:57

Avropa idman oyunbazlığı, Evrovidieo mərakəsi, ralli adlanan avtoş müsabiqəsindən sonra keçirilən "jara festivalı" daha tez nəticəsini göstərdi. Milləti Zara gətirmiş indidə ən kasıb təbəqənin hərəkətini məhdudlaşdırmaq niyyətini bildirir. Yatmislar və özünü yuxululuqa vurmuşlar buna layiqdir!

AYDIN DUSUNCELI 2018-07-30 21:34:57

SIZIN ANALOQSUZ, REQEMSALSIZ INKIWAFINIZI BUTUN MILLET SEVSIN!!!

Son yazılar