Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanılıb

Dərc olunub: 30/07/2018 - 22:43

qandal-qoldaCəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad şəhər sakini Ə. Məmmədov Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən ona məxsus yaşayış evindən təxminən 2 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalarla onun Cəlilabad rayon sakini, Ruslan Əsədov olduğu müəyyən edilib. R. Əsədovun ətrafında həyata keçirilən əməliyyat tədbirləri zamanı şəhər ərazisindəki digər bir yaşayış evindən 600 manat dəyərində məişət əşyalarını oğurladığı da müəyyən edilib.

Saxlanılan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq (0,641 qram) çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin