İctimai nəqliyyatda qiymətlər niyə qalxdı? - “Kommunal xidmətlər də bahalaşacaq”

Xəbər verdiyimiz kimi, Tarif Şurası ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinin qiymətlərini qaldırıb. Yeni tariflərə görə, metroda 1 gediş 30 qəpik, şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Bəs bu artımın iqtisadi əsası varmı? Artım digər sahələrə də sıçraya bilərmi?

Məsələni BakuPost-a şərh edən iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda sərnişindaşımayla məşğul olan qurumlara dövlət tərəfindən hər il milyonlar ayrıldığını bildirib:

"Azərbaycanda taksi xidmətini çıxmaq şərtilə nəqliyyat sahəsində sərnişindaşımada rəqabət yoxdur. Çünki qiymətləri dövlət müəyyən edir və müəyyən olunan qiymətləri saxlamaq üçün kifayət qədər vəsaitlər yatırdr. Sual oluna bilər ki, bu qiymət artımına ehtiyac var idimi? Bunun iqtisadi əsası varmı? İqtisadi əsas o vaxt olardı ki, bu qiymətləri bazar tənzimləyəydi. Düşünmək olardı ki, qiymətlər qalxıb və buna uyğun da ictimai nəqliyyatın qiyməti özü-özünü tənzimləyir, yüksəlir. Amma bu gün biz bunu deyə bilmərik. Ona görə ki, bu qiymətləri dövlət tənzimləyir və dövlət bu qiymətləri istədiyi səviyyədə saxlamaq üçün istər metropolitenə, istər sərnişindaşımaya dövlət büdcəsindən hər il milyonlarla vəsait ayırır. Dövlət pulu hesabına avtobuslar alınır. Bu qədər vəsaitin ayrılması fonunda qiymətlərin qaldırılmasına təbii ki, hansısa əsaslandırmanı qəbul edə bilmirik.

Pul ayrılan qurumlarda hesabatlılıq yox dərəcəsindədir. Xərclədikləri vəsaitlər ictimaiyyətə açıqlanmır. Nə dərəcədə səmərəli təyinatı üzrə sərf edilir və nə qədər effektiv idarəetmə forması var… Ona görə də biz burada hansısa fikir yürüdə bilmirik və deyə bilmirik ki, göstərilən xidmətlərin maya dəyəri neçəyə başa gəlir və s. Bircə onu bilirəm ki, qiymətlər qaldırılandan bir neçə ay sonra müvafiq qurumlar yenidən açıqlama verirlər ki, biz xidməti maya dəyərindən ucuz satırıq. Maya dəyəri şişə-şişə gedir. Bu nə qədər davam edəcək, bilinmir”.

Samir Əliyev əlavə edib ki, ictimai nəqliyyatda qiymət artımı gözlənilən idi: "Nə səbəbdən bu qədər ləngidi bilinmir. Düşünürəm ki, bu qiymət artımı sonuncu olmayacaq. Bundan sonra digər sahələrdə də qiymət artımı olacaq. Məsələn yanacağın qiymətinin artacağını düşünürəm. Eyni zamanda kommunal xidmətlərdə də qiymətlər arta bilər. Qaz, işıq və suda qiymət artımı gözləyirəm”.

635x100

Şərhlər

Abit 2018-07-30 23:13:37

Ela her şey düzelecek bununla uraaaaaaa

Vəтənbaş 2018-07-30 23:13:37

Уer və avadanlıgın icarəsi, meтro üsтü, keçidi və тikinтi xərclərini bəs kimlər odəsinlər? Ozəl marşruт avтobuslarını kimlər alır? Belə vacib işlərdə geniş sorgu-тexniki müzakirə gərəkdi? Enerji bloku alveri kimi, Тibbə də bahalı avadanlıq alınıb. Əhali arтıq imkanına gorə seçmədiуi bahalı xərci sıgorтalamalıdır! Sasız goz və cərrahi klinikalarda baxış 40 man. Keçən aу arтroza qarşı prosedura 210, dərmanına 76 man. vermişik. İkimizə də lazım bir goz əməli 1400 man. 200 maaş və 218 pensiуa. Al, odə?

T.Safarli 2018-07-30 23:13:37

Sernisin dasima ile biznesmenler mesqul olanda 20 qepik hmiya artiqlamasi ile kifayet edirdi. Bu devleti idare etmeli olan adamciqlarin bu biznese girismesinden sora MAYA deyer qalxdi.Sexavetli devlet budcesinden milyonlarla vesait ayrildi.hamisini da bu Bak Bus adli monst uddu... Bunun sahibi kimdir niye xalq bilmemelidiir ki onu devletin eli ile soyan kimdir.

Son yazılar