MİLLİ ŞURANIN SAXTAKARLIĞA ETİRAZ MİTİNQİ MÖHTƏŞƏM OLDU - VİDEOLAR-FOTOLAR-YENİLƏNİB

17.20: Prezidentliyə Milli Şura tərəfindən namizəd göstərilmiş professor Cəmil Həsənlinin və onun komandasının Bakıdakı mitinqi yekunlaşıb. Yerli jurnalistlər, o cümlədən də mitinq meydanından yayın yapan BBC bildirilər ki, etiraz aksiyasında insanların sayı bundan əvvəlkilərdən xeyli çox olub. BBC bildirib ki, ilk dəfədir ki, Azərbaycan xalqı meydanı doldurub. Aksiya insidentsiz başa çatıb.

Milli Şuranın 9 oktyabr seçkilərinin saxtalaşdırılmış nəticələrinə həsr olunmuş mitinqini qətnamə oxunması ilə başa çatıb. Qətnamənin oxunuşu zamanı minlərlə iştirakçı "istefa" şüarı səsləndirib. Daha sonra Üzeyir Hacıbəyovun "Koroğlu" üvertürasının sədaları səsləndirilib.

16.52. Aparıcı sözü Milli Şuranın namizədi Cəmil Həsənliyə verib. O, meydana toplaşanlar tərəfindən gurultulu, sürəkli alqışlarla qarşılanıb.

C.Həsənli 9 oktyabrda baş verənləri oğurluq, kriminal xarakterli əməl adlandırıb. O deyib ki, bu seçkilər Azərbaycan müxalifətinin böyük bir güc mərkəzi olduğunu göstərdi.

Milli Şuranın namzədi deyib ki, 9 oktyabrda hakimiyyətin mənimsənilməsi baş verdi və bu, ən ağır cinayətdir, bunu edənlər isə ən ağır cinayətkardırlar.

C.Həsənli deyib ki, bu gün bütün dünyada Azərbaycan prezidentini Belorus diktatoru Lukaşenko ilə, ərəb şeyxləri ilə müqayisə edirlər.

Cəmil Həsənli məlumat verib ki, oktyabrın 14-də Avropaya, oradan döndükdən sonra isə ABŞ-a səfər edəcək: “Bu səfərlərdə səs oğurluğu müzakirə ediləcək”.

16:48: Sonrakı çıxışçı "El" hərəkatının sədri Eldar Namazov olub. O, da Cəmil Həsənlinin bu seckinin qalibi olduğunu bildirib.

16:45:KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, bu gün Azərbaycan xalqı həm daxili, həm də xarici düşmənlərinə qarşı mübarizə aparmaq zorundadır. KXCP sədri Milli Şuranın namizədi Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin qalibi saydığını bildirib.

M.Mirəlioğlu düzgün seçim edən və Cəmil Həsənliyə səs verənə seçicilərə minnətdarlığını bildirib.

-------------

16:40. Müsavat başqanı İsa Qəmbər çıxışında İlham Əliyevin saxtakarlıqla hakimiyyəti mənimsədiyi bildirib və "Saxtakarlıq etdiyin bəsdir" deyə ona xitab edib.Mitinq açıq elan edilib, şüarlar səsləndirilir. Müsavat başqanı İsa Qəmbər hakimiyyətin ölkə boyunca total saxtalaşdırmalar etdiyini, seçicilərin səslərinin oğurlandığını bildirir.

Meydana toplaşanlar onun sözlərini coşqulu alqışlarla qarşılayır, saxtakarlığa qarşı şüarlar səsləndirirlər.

İsa Qəmbər bildirib ki, hakimiytətin saxtakarlığı dünya tərəfindən qeydə alınıb və ATƏT-in elan etdiyi hesabatda göstərilən rəqəmlər, xüsusilə də məntəqələrin 58 faizində saxtalaşdırmalar olduğunun qeydə alınması o deməkdir ki, dünya birliyi onun legitimliyini yanımır.

-----------------

16: 30:Mitinqdə çıxışlar başlayıb.AXCP sədri Əli Kərimli saxtakarlıqla barışmayıb meydana çıxdığı üçün xalqa təşəkkür edib. O, Cəmil Həsənlinin adını prezident deyərək çəkib və bu, meydanda böyük coşqu yaradıb.Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli “Uca millətim, sağ ol ki, səni aldada bilmədilər” xitabı ilə başladı. O dedi ki, bu seçkilər kimin oğru, kimin doğru olduğunu ortaya qoydu. Əli Kərimli, özündən əvvəlki natiqlər kimi, hakimiyyətin və prezident Əliyevin ünvanına olduqca kəskin ifadələr işlətdi. O da hakimiyyəti xalqın səsini oğurlamaqda suçladı.

------------

16:16: Milli Şuranın mitinqinə axın davam edir.

Meydanda olan əməkdaşımızın verdiyi məlumata görə bir neçə dəqiqə əvvəl illi Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və digər partiya liderləri mitinq keçirilən ünvana gəliblər.

Onlar böyük çoşqu ilə qarşılanıb.

-----------------

Demokratik Qüvvələrin Milli Şurasının Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda keçirəcəyi mitinq başlamaq üzrədir. Əməkdaşıməzın məlumatına görə mitinqə axın artıb. 9 Oktyabr prezident seçkisinin nəticərinə etiraz əlaməti olaraq keçiriləcək icazəli mitinqə gələnlər stadionun girişində qurulmuş polis postundan keçirlər. Polis mitinqə gələnləri yoxladıqdan sonra meydana buraxır. Polis azyaşlıların mitinqdə iştirakına icazə vermir. Eyni zamanda müxtəlif şüarlar yazılmış pankartlar yoxlanılır.

..............

Xəbər verdiyimiz kimi bu gün saat 16:00-da Milli Şuranın seçkidən sonra ilk mitinqi keçiriləcək. Müxalifət seçki saxtakarlıqlarına etiraz edəcək. Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılıb və “Məhsul” stadionunda keçiriləcək.

Əməkdaşlarımız meydandadan verdiyi məlumata görə, mitinqə böyük axın var. Mitinqdən operativ xəbərləri, foto və video görüntüləri yaxın saatlar ərzində anbaan təqdim edəcək. Bizi izləyin.

....

Bu gün saat 16.00-da Yasamal rayonu Sağlamlıq-İdman Kompleksinin stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) Milli Şuranın təşkilatçılığı ilə mitinq keçiriləcək. Seçkilərin saxtalaşdırılmasına etiraz məqsədilə keçiriləcək mitinqə Bakı Şəhər İcra Hakimiyyəti rəsmi razılıq verib. Mitinqdə Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənli çıxış edəcək.

Mitinqlə bağlı Milli Şura və orada təmsil olunan təşkilatlar hazırlıq işlərini həyata keçiriblər. Dünən Cəmil Həsənlinin vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşü olub. Görüşdə mitinqin dinc şəkildə keçirilməsi və hazırlıq məsələləri də müzakirə olunub.

Dünən Milli Şuranın mitinq komitəsinin də toplantısı keçirilib. Eyni zamanda Müsavat Partiyasının və AXCP-nin rayon təşkilatlarının sədrlərinin toplantısı olub. Bütün toplantılarda 12 oktyabr mitinqinə hazırlıq müzakirə edilib və razılaşdırılmış aksiyanın dinc şəraitdə keçiriləcəyi bəyan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar