Vahid Ələkbərovun Ukraynadakı obyektləri işğal olundu

Ukraynanın “Sağ Sektor” radikal qruplaşması İvano-Frankovskda “Lukoyl” yanacaqdoldurma məntəqələrini tutub.

Axar.az xəbər verir ki, bu barədə ATƏT-in yaydığı hesabatda bildirlir.

Hesabata görə, yanacaqdoldurma məntəqələrini tutan radikallar “Lukoyl”dan Ukrayna ordusu üçün hər ay 2.5-3 ton benzin tələb ediblər.

Yanacaqdoldurma məntəqələrinin biri “Sağ Sektor” tərəfindən artıq 3 gündür ki, blokadaya alınıb. Digər bir məntəqə isə cəmi bir neçə saatlıq radikallar tərəfindən tutulmuşdu”, - deyə hesabatda bildirilib.

“Sag sektor” bildirib ki, onlar Rusiya neft şirkətinin onların tələblərini yerinə yetirənə qədər yanacaqdoldurma məntəqələrinin blokadasını davam etdirəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar