ABŞ Konqresmenlərinin Bakı səfəri tənqid hədəfində

[caption id="attachment_43993" align="alignleft" width="300"] 2013-cü ilin mayında Bakıya səyahət edən ABŞ Konqresi üzvlərinin siyahısı[/caption]

Texasda qərargahlanan Houston Chronicle (Hyuston Xronikası) qəzeti ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən

Bakı səfərinin pulunu kimlər verib?[/caption]

ABŞ-da qərargahlanan türk təşkilatlarının hesabına Bakıya yollanan konqresmenlərdən dördü öz həyat yoldaşlarını yaxud nişanlılarını özləri ilə aparıblar.

Qanunvericilərin keçmişdə xarici pul hesabına istirahət məkanlarına getmələri ilə bağlı skandallar 2008-ci ildə Nümayəndələr Palatasında islahatlara gətirib çıxardı. Lobbiçilərə və korporasiyalara ABŞ qanunverciləri üçün xaricə səfər təşkil etmək qadağan olundu. Lakin xarici hökumətlər və korporasiyalar hələ də bu işləri görə biləcək gəlirsiz qeyri-hökumət təşkilatlarına pul verməkdə azaddırlar.

Qəzetin yazdığından belə məlum olur ki, ABŞ konqresmenlərinin Bakıya səfərini təşkil etmək üçün Hyuston, Çikaqo, Atlanta, Vaşinqton, və Nyu York şəhərlərində qərargahlanan və Türkiyə ilə bağlı fəaliyyət göstərən beş qurumdan vasitəçi qismində istifadə olunub.

“Bakıya getmiş qanunvericilər və gəlirsiz təşkilat nümayəndələri korporativ sponsorlar haqda məlumat verməli idilər,” deyə sənədləri nəzərdən keçirən Konqres etikası üzrə ekspert Ken Boehm bildirir. Bu qurumların vebsaytlarında sponsorları və bannerləri gördükdən sonra belə onların bunu etməməsi etika qaydalarını pozmuş ola bilər.

“Korporativ sponsorların ödənişli şəkildə məsələdə iştiraklarını etiraf etməsindən sonra Nümayəndələr Palatasında səfərdən öncə tələb olunan anketi dolduran və saxta şəkildə belə bir sponsorluğun olmadığına təminat verən adamın işi bitir.”

Qalmaqlada adları hallanan ABŞ qanunvericilərinin bəziləri – Steve Stockman və Sheila Lee Jackson - qəzetin sorğularına cavab verməkdən imtina edib. Ted Poe və Michelle Lujan Grishamın ofisləri isə onların Azərbaycanda hansısa lobbiçilik fəaliiyyətinə cəlb olunmadıqlarını bildirir.  /Amerikanın səsi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar