İsrail media mərkəzinin binasını raketlə vurdu

Qəzza sektoru yenidən İsrailin güclü hava hücumuna məruz qalıb.

Çərşənbə axşamı Hamas qruplaşmasının media mərkəzinin binası raketlə vurulub. Bu binada vaxtilə qruplaşma lideri İsmayil Xaniyə yaşayıb. Al-Aqsa TV və Al- Aqsa Radiosu hədəflənsə də, televiziya yayımı davam edir, Hamas qruplaşması bildirib.

Ümumilikdə, gecə atışmaları ən azı 13 fələstinlinin həyatına son qoyub. Altı nəfər qaçqın düşərgəsində həlak olub.

Bundan başqa, beş İsrail əsgərinin ölməsi barədə məlumatlar verilir.

İsrailin baş naziri Benjamin Netanyahu bəyan edib ki, İsrail məqsədinə çatana qədər hərbi əməliyyatlarını davam etdirəcək. Məqsəd isə Hamas qruplaşmasını tamamilə məhv etməkdir.

Onun sözlərinə görə, İsrail uzunmüddətli hərbi kampaniya hazırlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar