Atasını doğrayan erməni qızları məhkəmə qarşısına çıxarılıb  - VIDEO

“Heç kim onun üçün darıxmayacaq...”

“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, Moskvanın şimalında 57 yaşlı erməni avtoritet Mixail Xaçaturyanın qətlilə bağlı məhkəmə iclası keçirilib. Qətldə şübhəli bilinən və hadisəni törətdiklərini etiraf edən avtoritetin 3 qızı hakimlər tərəfindən dindirilib. Lakin onlardan birinin hələ yetkinlik yaşına çatmaması və hadisə ilə bağlı zorakılıq epizodlarının açıqlanacağını nəzərə alan hakimlər məhkəmə iclasının qapalı keçirilməsinə qərar veriblər. Hələ ki, qızlara bağlı hər hansı qərar çıxarılmayıb və növbəti iclas təyin edilib.

Lakin Rusiya mətbuatı geniş rezonans doğuran bu qətl barədə maraqlı məlumatlar yayıb. Bildirilir ki, avtoritetin cəsədi yaşadığı evin girişində tapılıb. Onun bədəninə 17, 18 və 19 yaşlı qızları tərəfindən 30 bıçaq zərbəsi vurulub. Hadisə M.Xaçaturyan yatarkən törədilib və birinci zərbəni onun boğazına böyük qızı Mariya endirib. Ayılan avtoritet qızına cavab zərbəsi endirərək, onu yaralayıb. Lakin digər 2 qız köməyə gələndən sonra M.Xaçatryanın müqavimət göstərməyə gücü qalmayıb və çoxlu qan itirməsi səbəbindən ölüb.

Hadisə ilə bağlı açıqlama verən qonşular isə atanın qızlarla çox sərt davrandığını, narkotikdən istifadə etdiyini, tez-tez məhəllədə dava saldığını və bu zaman tapancası ilə ətrafdakıları hədələdiyini bildiriblər. Bundan öncə isə M.Xaçaturyanın arvadını və oğlunu evbdən qovduğunu, qızlarının isə onun qorxusundan evi tərk edə bilmədiyi deyilir. Hətta erməni avtoritetin mənzilə kamera yerləşdirərək, qızlarının bütün hərəkətlərini izlədiyi qeyd olunur. Qonşular tez-tez başıpozuq erməni ailəsinin yaşadığı mənzildən dava-dalaş səslərinin gəldiyini və onların hər kəsi narahat etdiklərini deyiblər. Bununla yanaşı bildirirlər ki, qızlar ataları ilə müqayisədə sakit və normal təəssürat bağışlayıblar. Və böyük ehtimalla anormal atalarının təzyiqlərinə dözməyərək, onu öldürmək qərarına gəliblər.

Qonşulardan biri mətbuata açıqlamasında belə də deyib: “Onların mənzilindən tez –tez dava-dalaş səsi gəlirdi, qızlarına nə edirdisə bilmirəm. Ancaq bir şey deyə bilərəm ki, o qeyri-adekvat və anormal adam idi. Və heç kim onun üçün darıxmayacaq...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar