Müsavatda seçkinin nəticələrini ləğv edildi

Avqustun 26-da Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilərin nəticəsi ləğv olunub. Bu barədə APA-ya Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, seçkilərdə müəyyən texniki səhvlər baş verdiyindən, nəticələr ləğv edilib və Divan yeni seçkinin keçirilməsi barədə qərar qəbul edib: “Partiyanın təşkilat şöbəsi tərəfindən seçkilərin nəticələrini araşdırma komissiyası yaradılmışdı. Komissiya sədrliyə keçirilən seçkilərdə bəzi texniki səhvlər olduğunu aşkarlayıb. Səsvermə siyahısında müəyyən qarışıqlıq olub. Belə ki, bura müəyyən adamların adı düşmüşdü, bəzilərinin adları isə yox idi. Yəni hamı seçkidə iştirak edə bilməmişdi. Hamılıqla iştirakın təmin olunması və siyahıların dəqiqləşdirilməsi baxımından seçkilərin yenidən keçirilməsi barədə qərar verildi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar