ASLAN İSMAYILOVA HÖKM OXUNDU - 1 il 6 ay

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması barədə ittiham və müdafiə tərəfinə müraciət edib. İttiham tərəfinin narazılığı olmasa da, təqsirləndirilən şəxs A.İsmayılov buna etirazını bildirib. Hakim buna məhəl qoymayaraq, məhkəmə istintaqının yekunlaşdığını elan edib. Bundan sonra məhkəmə çıxışları üçün tərəflərə söz verilib. Bu zaman əvvəlki proseslərdə olduğu kimi yenə də gərginlik yaşanıb. M.Həsənli bir daha A.İsmayılovun məhkəmə zalında həbs edilməsi barədə məhkəmədən hökm çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs çıxışı zamanı şəxsinə qarşı ünvanlanan ittihamları qəbul etməyib. Hakim ona son söz üçün çıxış etməsini istəsə də, A.İsmayılov bundan imtina edərək, məhkəmə çıxışı zamanı fikirlərini ifadə etdiyini bildirib. Bundan sonra məhkəmə müşavirəyə yollanıb. Yarım saat davam edən müşavirədən qayıdan hakim qərarı elan edib. A.İsmayılovun qazancından 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarılıb. Həmçinin o, 1500 manat cərimə olunub.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook” səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edr.

Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.

635x100

Şərhlər

EWDER 2018-07-31 16:48:40

MOOLODEEES,MEHKEMELERIMIZE,EGER AZEBIJANDA EDALET VARSA...HEYIF KI,YOXDUR...ANALOQSUZ HAKIM VAR,ANALOQSUZ NAZIRLER VAR,ANALOQSUZ MILLET VEKILLERI VAR,ESAS ISE ANALOQSUZ INKIWAF VAR...ANALOQSUZ EWDER OL CANI,TRANSPORTUN QIYMETI ARTDI,KEYF ELEYIN

Cistilshik 2018-07-31 16:48:40

Aya deirem a bu cixib kimse kimise sherliyende,evde yetimleri ne deir?ata molodes?halal di sene?ele atadan imtina ederem .... ......bir deputatin oglu pul atir camaata,o biri ne bilim ermeni getirir Bakiya,o da xalga .....gorsetir,koncertde.ee ......jurnalisti tuturlar,sonra buraxirlar,e bu ne yasham bu ne ganun.hardasiz ay bir gramm xalgini seven adam yoxdumu?biz ne isteirik?biz isteirik ki ,aya BESTIIN ...........bu geder olmaz!geyretniz olsun,varsa.pula satilmain.

cəngərlik sakini 2018-07-31 16:48:40

"damazlıq yumurta ixrac edən şirkətin səhmdarlarından 2 si ermənidir.PAH ATONNAN evrika.ƏƏƏƏ bəs DİASPORANIN SƏDRİNİN ARVADI ermənidi,qızını erməniyə verib,bərkgedən siyasətçilərimizin bəzsinin arvadı,gəlini adı-soyadı Az.olan ermənilərdir onlara neçə 100 il düşür və ya ermənilərdən çox dövlətə xalqa ZİYAN VURAN , TALAYAN ziyalar,fazillər,abaslar kimlə-kimlər necə olsun.

T.Safarli 2018-07-31 16:48:40

Bu biabircilqdir...

t.ədalət 2018-07-31 16:48:40

Mənə elə gəlir ki,bir-birlərini didən bu yoldaşların hər ikisi türk kökənlidir.Pul üstündə,daha çox qazanmaq üstündə vuruşurlar.Amma başqa millətlər,elə düşmənimiz olan ermənilər bir-birini tutdurmaq üstündə yox,ermənistanı dünyaya tanıtmaq uğrunda vuruşurlar.Allah bizi milli təəssübkeşlərdən eləsin!Bu qazanc xəstələrinə də lazımi ağıl versin!

Şuşalı Momin 2018-07-31 16:48:40

Məqalənin məzmunundan vəkilin, Qanunu тərəfkeşlik eтmədən müdafiə eтdiуinə gorə mühakimə edildiуi oxunur. Güclü məhkəmələrimiz gorəsən, mügənnin şahidi oldugu kimi və N.V.Paşinуanın başlaтdıgı Qarabag azərbacanlılarının qanlı genosid тerrorçularını da mühakimə edəcəklərmi?

Müfəttiş 2018-07-31 16:48:40

İttiham tərəfinin bu hökmə münasibəti necədir bilmirəm, amma AzPolitika belə yüngül cəzadan narazı qalmış olar....

T.Safarli 2018-07-31 16:48:40

Azerbaycanin butun Aslan kimi temiz oglanlarini bele serleyib hebs elemek lazimdir...

REDAKTOR 2018-07-31 16:48:40

axri ki aslani da davsana ondərdilər. alqayit demiskən.fələklə nərd atasan ses bes verən zərin ola bir deyənə bes deyəsən arxada bir nərin ola...

Son yazılar