«KXDR öz raket proqramını bərpa edib» – ABŞ kəşfiyyatı

Dərc olunub: 31/07/2018 - 20:14

koreya01«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, əvvəllər Koreya Xalq Demokratik Respublikasının (KXDR) ilk qitələrarası raketlərinin hazırlandığı Pxenyan yaxınlığındakı meydançada fəallıq bərpa olunub. Kəşfiyyata istinadla, bu barədə «The Washington Post» qəzeti yazıb.

Bu zaman söhbət istehsalın genişləndirilməsindən yox, sadəcə işlərin davam etdirilməsindən gedir. Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp KXDR tərəfdən nüvə qorxusunun olmadığını bildirmişdi.






loading...


Fikrinizi bildirin