BP mənfəətini kəskin artırıb

BP şirkətinin bu ilin II rübündə mənfəəti illik müqayisədə 4 dəfə artaraq 2,8 mlrd. dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilib.

Şirkətin əsaslı xərclərinin həcmi 3,5 mlrd. dollar olub. BP şirkəti II rübdə xalis borcunu 700 mln. dollar azaldıb. Belə ki, şirkətin xalis borcu 39,3 mlrd. dollara düşüb.

Şirkətin II rübdə gündəlik neft və qaz hasilatı 2,465 mln. barel neft ekvivalenti olub. Bu isə ötən ilin müvafiq dövründən 1,4% çoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar