Dünyanın ən böyük teleskopu

Layihənin tikintisinə oktyabr ayında start veriləcək

Yaponiya və ABŞ birgə dünyanın ən böyük teleskopunun inşasına başlayacaq.

ANS PRESS-in məlumatın görə, layihənin bu ilin payızında başlanması planlaşdırılır. Havay adalarında baş tutacaq layihənin tikintisinə oktyabr ayında start veriləcək.

Tikinti dəniz səviyyəsindən 4 min metr hündürlükdə Mauna-Kean vulkanın zirvəsində aparılacaq. Teleskopun nəhəng güzgüsünün diametri 30 metr olacaq. Gözlənildiyi kimi, işlər 2021-ci ilə kimi yekunlaşacaq.

Yapon hökuməti dünyanın ən böyük teleskopunun qurulmasına təxminən 367 milyon dollar xərcləyəcək. Bu isə layihənin xərclərinin dörddə biri deməkdir.

"Biz çox şadıq ki, bu nəhəng layihənin tikintisinə başlanılacaq. Bu teleskopun köməkliyi ilə kainatı tamamilə başqa simada görə biləcəyik",-deyə Yaponiyanın Milli Astronomiya Rəsədxanasından bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar