Şəkidə 500 hektar biçilmiş taxıl sahəsi yanıb

Dərc olunub: 31/07/2018 - 21:23

photo-33397Şəkidə 500 hektar biçilmiş taxıl sahəsi yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 11:40 radələrində Şəki rayonu Cumakənd kəndinin inzibati ərazisində və bir neçə qonşu kəndlərin bələdiyyələrinə məxsus biçilmiş taxıl sahələrində yanğın baş verib. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası, şəxsi heyətləri və yerli sakinlər cəlb edilib. Yanğın axşam saat 18 radələrində tam söndürülüb.

Yanğın nəticəsində Cumakənd, Şorsu və Babaratma kənd bələdiyyəsinə və kənd sakinlərinə məxsus ümumilikdə 500 hektar biçilmiş taxıl və 50 hektar otlaq sahələri yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin