İquain “Milan”a icarəyə verilir - “Yuventus” razılaşdı

“Yuventus” Qonsalo İquainlə bağlı qərar qəbul edib.

Qol.az-ın “Sky Sport İtalia” nəşrinə istinadla yaydığı xəbərə görə, “qoca sinyora” argentinalı hücumçunun “Milan”a keçməsinə razılıq verib.

Dünən futbolçunun meneceri (həm də qardaşı) ilə görüşən Turin klubunun rəsmiləri onun icarəyə verilməsi ilə bağlı razılığa gəliblər.

Kriştiano Ronaldonun gəlişindən sonra ehtiyatda qalacağını düşünən İquain də “Milan” keçməyə razıdır.

Qeyd edək ki, keçidin bu gün rəsmən açıqlanacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar