Rus soyad sonluqlarından niyə xilas ola bilmirik?

Aqil Abbas: “Bu millətin yüz il bundan əvvəl familiyası olmayıb”

Artıq 27 ildir sovet işğalından azad olmuş, müstəqilliyimizi elan etmişik. Lakin hələ də toplum olaraq milli soyadımızı tapa bilməmişik. Bəzilərimizin soyadında  -lı, -li, bəzilərimizdə -zadə şəkilçiləri, amma əksəriyyətimizdə -ova, -ova, -yev, -yeva sonluğu var. 91-ci ilədək doğulanları anladıq, bəs 2018-ci ildə doğulan uşağın soyadının sonluğu niyə -ov,-ova, -yev, -yeva olsun ki? Bu milli təfəkkürün zəif olması iləmi bağlıdır?

Deputat Aqil Abbas hesab edir ki, bu, milli təfəkkürlə bağlı məsələ deyil: “Xalq yazıçısı Anarın familiyası Rzayevdir. Anarın milli təfəkkürü yoxdur? Ən çox milli təfəkkürü olan adamdır. Məsələyə bu cür yanaşmayaq. Bəzən insanlar öz familiyasına öyrəşir, onu dəyişmək istəmirlər. Məsələn, Abbasov. Abbas olanda ona elə gəlir ki, babasına hörmətsizlik elədi. Belə şeylər də var. Mənim soyadım 3 il bundan əvvələ qədər Abbasov gedirdi. Düzdür, indi şəxsiyyət vəsiqəmdə Abbas gedir, amma diplomat pasportumda Abbasov gedir. Yox, milli təfəkkürlə bağlı deyil bu. Bəzi adamlar var soyadını dəyişdirməyə maraqsızdılar, etinasız yanaşırlar. Amma məncə, yavaş-yavaş dəyişmə gedir. Yazıçı Əliabbasdan da bir misal çəkim. Bir dəfə onun bir yazısını oxudum. Gözəl yazı idi. Axırda yazmışdı ki, ata, Allah sənə rəhmət eləsin, adam da uşağının adını Əliabbas qoyarmı? İndi adam uşağının adını Əliabbas qoyar?”

Deputat Aqil Abbas ile ilgili görsel sonucu

Aqil Abbas onu da qeyd edir ki, son illər artıq adamlar yeni doğulan uşaqlarına köhnə soyadlarını verməməyə çalışırlar: “Dörd nəvəm var, hamısı da Abbasov familiyası götürməyib. Yəni ataları kimi Abbasov getmirlər. Abbas yazdırıblar. 2018-ci il ildə biz familiya sonluğu nə olub-olmamasını müzakirə edirik. Bundan böyük faciə ola bilməz. Millət özünə familiya axtarır. Bu millət bir əsrdə 3 dəfə adını, əlifbasını dəyişdirib. Millətlərin çoxu ölüb gedib, amma biz hələ özümüzə familiya axtarırıq. Necə yazaq familiyamızı? Amma bu millətin yüz il bundan əvvəl, ruslar işğal etməzdən qabaq familiyası olmayıb. Babamın sənəddə adı belə olub: Muxtar Kərbəlayi Abbas oğlu. Vəssalam. Biz hələ bu millətə ad da axtarırıq. Türk, Azərbaycan türkü, azəri və s. Bu millətin faciəsinə baxın”.

 

635x100

Şərhlər

Cəmil 2018-07-31 22:35:11

Teklif eleyirem ki,deputatlara danışmadıqlarına göre maaşlarına elave mebleğ elave olunsun.Ve ya danışmağa göre cinayet mesuliyyeti nezerde tutulsun. Yoxsa bunlar xalqın derdlerini qulaqardına vurub menasız ve "ağıllı" danışdıqca cammat eseb xesteliyine tutulacaq

TARİX 2018-07-31 22:35:11

NƏ ÜCÜN TACİKİSTAN DƏYİŞƏ BİLİR BİZ YOX. CÜNKİ BİZİM MƏMUR VƏ DEPUTATLAR BAŞQA -BAŞQA İŞLƏRLƏ MƏŞGULDUR.VALLAH AYIBDIR.

Oqtay 2018-07-31 22:35:11

Sizin kimi qorxaq yarıtmaz və öz fikrini deməyə qorxan ziyalısı olan xalqın qarşısında daim bu məsələlər duracaq.Orada boş boşuna oturmusunuz bir qanun yazın birdəfəlik qurtarın bu məsələni. Yoxsa qorxursunuz Prezidenti dünya tanıyır yaxşı deyil dəyişmək fikirləşib qorxursunuz.Qorxmayın ay "ziyalılar" Prezident razı olar o ziyalıdır

Elçin 2018-07-31 22:35:11

Yazıçı Əliabbasın misalından da bizim millətin malik olduğu qul psixologiyası özünü bariz göstərir. Bir adam ki atasına deyir ki niyə mənə bu adı qoyursan, nədi nədi kimlərinsə xoşuna gəlmir. Sovet vaxtı Bakı əhalisinin 65 %-dən çoxu rus və erməni idi, bizimkilər də kompleksə düşərək rus kimi ola biləcəklərini sübut etməyə çalışırdılar. İndi də çox adam soyadını dəyişdirib türkçü kimi hedefe gelmek istemir.

Son yazılar