Məmmədyarov Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

Şəhriyar Məmmədyarov isveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.

"Report" xəbər ki, partiyanın doqquzuncu turunda Məmmədyarov ağ fiqurlarla norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb.

Məmmədyarov yeddi xal toplayıb və rəqibləri üçün əlçatmaz olub.

Daha sonra cədvəldə Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) yer alıb.

Yarışın son turu avqustun 1-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar