DEPUTAT BAHALAŞMA QƏRARINI TƏNQİD ETDİ - "Gətirilən arqumentlər əhəmiyyətsizdir"

“Ötən il infilyasiyanın 13 faiz, ərzaq məhsulları qiymətlərinin isə 15 faizdən çox artırılması müqabilində bu ilin martından əmək haqları 10 faiz artırıldı. Beləliklə, maaşları artırılan vətəndaşların əksəriyyətinin əmək haqqına 20-30-40 manat əlavə oldu. Bu məbləğ çox az olduğundan, əhalinin infilyasiya nəticəsində məruz qaldığı itkilərini belə ödəmir. Əhalinin aztəminatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.

Bu fikirləri İqtisadi İnnovasiyalar İnstitunun rəhbəri, millət vəkili Əli Məsimli Tarif Şurasının ictimai nəqliyyatda qiymətləri 50 fazi artırması barədə qərarını Strateq.az-a şərh edərkən bildirib.

Deputat ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşların ciddi zərər çəkəcəyini deyir: “Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və sair yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması, sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək”.

Ə.Məsimli hesab edir ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq. O ki qaldı tarifləri qaldıran zaman verilən əsaslandırmalara, millət vəkili bunu doğru saymır: “Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olması ilə bağlı müqayisələr birtərəfli xarakter daşıyır və real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta aylıq əmək haqları da Azərbaycandakından yüksəkdir. Digər tərəfdən, Azərbaycan neftinin dünya bazarında qiymətinin 2018-ci ilin büdcə proqnozlarında göstərildiyindən 40 faiz baha olduğu bir vaxtda, Tarif Şurasının qiyməti qaldıran zaman gətirdiyi arqumentlər əhəmiyyətsiz bir şeyə çevrilir”.

Əli Məsimli hesab edir ki, tariflərin artmasının aztəminatlı təbəqənin güzəranına mənfi təsirini aradan qaldırmaqdan ötrü əlavə tədbirlərə ehtiyac var:

“Biz 2018-ci ilin büdcəsinə yenidən baxılarkən irəli sürdüyümüz təklifi bir də səsləndiririk. 2018-ci il ölkəmiz üçün əlamətdar ildir, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilidir. Bir də belə bütöv yubiley 100 ildən sonra olacaq. Digər cəhətləri ilə yanaşı, həm də mənəvi bir yük daşıyan yubiley ilində hökumətin atdığı addımların heç biri əhalinin güzəranının pisləşməsinə yönəldilməməlidir. Ona görə də heç olmasa AXC-nin yubiley ilində əhalinin güzəranının pisləşməsinin qarşısını alan addımlar atılmalıdır. Tariflər qaldırılırsa, mütləq əmək haqları, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin maaşları, pensiyaları, müavinətləri, tələbə təqaüdləri və sair ödəmələr də artırılmalıdır”.

635x100

Şərhlər

Səfər 2018-07-31 23:58:41

Qiymətləri ərzaqın,marşrutun qiymətini qaldıranın allah evini yıxsın. Allah bəlasını versin. Toxun acdan xəbəri yoxdur.

Obyektiv 2018-07-31 23:58:41

Ele az chox obyektiv yanashan Eli Mesimovla Vahid Ehmedovdur.. Eyni zamanda deputatlar da bunun qarshisini almaq uchun gerek tecili ciddi tedbirler gorsunler, mesele qaldirsinlar.

Əsəd 2018-07-31 23:58:41

Hörmətli millət vəkili! Sizə qulaq asmırlarsa istefa verin. Xalqın səsinə səs verin. Yoxsa hər bahalaşmaya bir köşə yazısıyla cavab verib işnizə davam etməklə, sizin adi bir vətəndaşdan fərqiniz nədir?

EWDER 2018-07-31 23:58:41

ESA S INKIWAFDU...KEYF ELEYIN.PIYADA GEZMEYUN XEYRI VAR,INTIHARA GETMEYIN.GUHAHDU

Obyeltiv 2018-07-31 23:58:41

Yene de, az chox obyektiv dillenen Ali Mesimovla Vahid Ehmedov olub. Ancaq bele vacib meselenin tecili muzakiresi aparilmalidir ve elece de, pislenerek legvine nail olunmalidir! Insan gunde neche yere bash vurur ve gor bunu her defesi (imkansiz tebeqe uchun) necheye basha gelirdi?! Hech 20 qep. ile chatdirmaq olmurdu.. Qarshidan ders movsumunde telebe, shagird neynesin?! Ele aile var ishe ve derse neche ushaq, boyuk yola salir. Hech gor, bunun yeri idi??! ( Bu uje "tarif shurasi" yox, istismar shurasidir!..

Əli Məsimliyə 2018-07-31 23:58:41

Ay "deputat",Sizın bu yazınızın bir mənası varmı?Axadan atılan daşa bənzəmir?Axı Siz Milli Məclisdə bu xalqı təmsil edirsiniz ,qanun hazırlamaq,təsdiq etmək səlahiyyətli Milli Məclisdə!Əgər öz funksiyalarınızı,imkanlarınızı.vəzifənizi bilmirsinizsə,belə boş yazılarla niyə xalqı qıcıqlandırırsınız? Bir deputat kimi Milli Məclisdə məsə qoyun,müzakirə edin və belə əsassız qərarların ləğvinə dair qərar çıxarıb,Prezidentə göndərin.Yoxsa Qüdrət Nəsənquliyev kimi gündə bir yazı ilə saytda çıxış etmək heç bir əhəmiyyət kəsb etmir

azad 2018-07-31 23:58:41

atalar misalı toxun acdan xəbəri yoxdur 10 qəpik tarif şurası ücün hecnə həll etmir.mənim ücün 192 manat təqaüdc ücn 4 uşagı hərbiri 2 marşurut dəyişir otursun hesablasın

Nuhalı 2018-07-31 23:58:41

İcтimai nəqliууaтdan az тəminaтlı ailələr isifadə edirlər. Onların durdurulması da (nefтə ümid R.Quliуevin тəəbirincə) уoxsulları əhəmiууəтli saуda уox edə bilər? Dünуa bazarın тələbaтına çalışır. Тexnika moda seçimi deуil, səmərəsinə gorə alınar. Marşruт (K/т, Тibb, Avia, Meтroüsтü) da ozü уenilənməlidir ki, vacibini alsın. Xalqın rifahı üçün 15 il maliууə buraxılır və birdən M.Ə.Sabirin məşhur misrası eşidilir:"Уagmadı уagış, biтmədi qamış!"?

pensiyaner 2018-07-31 23:58:41

bu elkede toxun acdan xeberi yoxdur.

Zöhrab Nəcəfov. 2018-07-31 23:58:41

Qiymətin artırılma səbəblər araşdırılsın və xalqın onsuzda aqır vəziyyətinin yaxşılaşması ücün hökumət təcili tədbirlər görməlidir.5-10 nəfər oqru ilə xalqın həyat səviyyəsi ilə ölculməli deyil.

Əbil 2018-07-31 23:58:41

Çox düzgün şərhdir.Mən orta ayliq əmək haqqini başa düşmürəm..Əgər bir məmur 3000 manat alırsa fəhlə 200 manat demək orta aylıq əmək haqqı 1600 olur.məgər məmur aldığı pulu fəhlə ilə bölur?Bu necə müqayisədir?müqayisə minimüm əmək haqqı ilə göstərilməlidir..

t.ədalət 2018-07-31 23:58:41

Tələbələrə təqaüd verirlər ki?Müxtəlif bəhanələrlə yaxşı oxuyanları da təqaüdsüz qoyublar.

Qalib 2018-07-31 23:58:41

Ona icazə veriblər və deyiblər ki sən də çıx belə danış. Yəni o özbaşına danışan olsa idi o indi heç deputat deyildir. Səhv buraxan 2-ci dəfə seçilmir.

İ.Mustafaoğlu 2018-07-31 23:58:41

Əli müəllim bir deputat kimi həmişə dövlətin və xalqın xeyrinə öz fikirlərini bildirib.Həqiqətəndə metrodan və şəhər-arası marşurut avtobuslardan xalqın aztəminatlı ailələri və onların övladları istfadə edirlər.Yanacağın qiyməti qaxmadan,marşurut atobusların qiymətinin qaxması,aztəminatlı ailələrinin yaşayış tərzinə öz mənfi təsirini göstərir.Metronun və marşurut avtobuslarının qiymətinin qaxması millət vəkillərinə və məmurlara heç bir təsiri yoxdur,çünki onların dövləti xidmət maşınları,sürücüləri və s.var

Son yazılar