«Orxan Camal çox parlaq və doğruçu insan idi» - Svanidze

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, jurnalist-publisist Nikolay Svanidze «Rosbalt» agentliyinə danışıb ki, çərşənbə axşamı Mərkəzi Afrika Respublikasında (MAR) öldürülmüş məşhur jurnalist Orxan Camal çox parlaq və doğruçu adam idi.

«O, istedadlı, parlaq və doğruçu adam idi. Çox parlaq jurnalist və publisist. Çox təəssüf ki, bu hadisə baş verib. Mən onunla yaxından tanış deyildim, amma o, çox xoş təəssürat bağışlayırdı - olduqca mədəni insan təəssüratı» - deyə, Svanidze qeyd edib.

Verilən xəbərə görə, rusiyalı jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında həlak olub. O.Camal orada dokumentalist-rejissor Aleksandr Rastorquyevlə birlikdə özəl hərbi şirkətlər barədə film çəkirmiş. Daha bir nəfər həlak olan isə operator Kirill Radçenkodur.

Çəkiliş qrupunun öldürülməsi BMT-nin MAR-dakı missiyası və yerli dövlət qulluqçuları tərəfindən təsdiqlənib.

635x100

Şərhlər

BAKILI 2018-08-01 00:15:57

Bu iwde rusun eli var

Son yazılar