Ruslar Antalyaya axın edir - Uçuşlara tələbat kəskin artıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə isinadla verdiyi xəbərə görə, Moskvanın Domodedova aeroportundan Türkiyə istiqamətinə sərnişin axını yayın birinci yarısında 2017-ci illə müqayisədə demək olar, 30 faiz artıb.

İyunun 1-dən yarım milyondan artıq insan Türkiyənin turist şəhərlərinə və geriyə Domodedova aeroportundan uçub.

Hal-hazırda Domodedovanın həmkarları hər həftə Moskvadan Antalyaya 90 reys yerinə yetirirlər. Türkiyə şəhərlərinin marşrut xəritəsi 6 istiqaməti özündə birləşdirir: Alanya, Antalya, Bodrum, Dalaman, İzmir və İstanbul. Bu şəhərlərə sərnişin axını yayın əvvəlindən 500,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.

İyul ayında Antalya kurortlarında turistlərin sayına görə, rusiyalılar rekord vurublar.

Ən populyar istiqamətlər arasında Antalya lider olub. Bu il mövsüm başlayandan bəri Domodedovadan bu şəhərə 322,2 min insan uçub. Antalya həm də beynəlxalq hava xətləri arasında ən çox tələb olunan aeroportdur və aviadaşımaların artım ahənginə görə, tələbatın ən çox olduğu marşrutlar reytinqinə başçılıq edir.

635x100

Şərhlər

Abit 2018-08-01 00:20:29

Maraqlıdı rusiya dostumuzdu Azerbaycana niye gelmirşer,analoqu olmayan turizm bizde ola-ola

Son yazılar