ABŞ-ın QAÇIRDIĞI RUSİYA ŞANSI - Moskvanın avtoritarizm yolunu tutması qaçılmaz olubmu?

Donald Trampın Helsinkidə keçirdiyi mətbuat konfransı bizim yaddaşımızda Amerikan prezidentinin ən utancverici çıxışı kimi yadda qaldı. Sonradan onun düşdüyü xoşagəlməz vəziyyətdən üzr istəmək yoluyla çıxmağa çalışması isə onu daha da çətin vəziyyətə salıb.

Həm də həmin biabırçı prosedur Trampın Rusiya barəsində söylədiyi digər bir faktı kənara itələyib. Bu yaxınlarda Tramp özünün “twitter” səhifəsində yazıb: ”Bizim Rusya ilə bugünkü münasibətimiz ABŞ-ın uzun illər apardığı səriştəsiz və axmaq siyasət üzündən heç zaman belə pis olmayıb”.

Bəllidir ki, bu fikir Trampın şüurunda dərin kök salıb və indi bu onun Rusiya və Putin haqqındakı düşüncələrini müəyyənləşdirir.

Vaşinqtonun Rusiyanı “itirməsi” fikri okeanın o tayında hələ 1990-cı illərin ortasından var. Çünki soyuq müharibədən sonra dünyada baş verəcək istənilən dəyişiklər üçün Rusiyanın transformasiya olunması cox vacib idi. 1945-ci ildə Almaniya və Yaponiya kimi Moskvanın da Qərb dünyasına daxil olması dayanıqlı sülh tələb edib. Əks təqdirdə siyasi və iqtisadi problemlər yaşayan böyük dövlət soyuq müharibədən sonra yaranmış dünya nizamında özünü dərindən təhqir olunmuş kimi hiss edərdi.

ABŞ prezidentləri ata Corc Buş və Bill Klinton Rusiyaya qarşı tamamilə yeni münasibət qurmaq imkanını əldən verdilər.

1990-cı illərin əvvəlində Rusiya heç zaman olmadığı qədər zəif idi. Rusiya nəinki sovet dövründəki təsir sferasını, həmçinin də 300 illik çar imperiyasına məxsus təsir imkanlarını da itirmişdi. Onun iqtisadiyyatı bərbad hala düşmüş, cəmiyyət isə dağılmışdı. Belə bir kontekstdə Rusiya ABŞ-ın NATO-nu necə genişləndirməsini və onun Balkanlardakı fəaliyyətlərini sakitcə müşahidə edirdi. ABŞ Çeçenistanın ayrılmasına qarşı Rusiyanın atdığı addımları kəskin tənqid edirdi.

Uduşlu vəziyyətdə olan ABŞ üçün başlıca məsələ yenicə azad olunmuş Şərqi Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsiydi. Vaşinqton Yuqoslaviyadakı müharibənin Avropada sabitliyi pozacağından və humanitar xaos yarada biləcəyindən narahat idi. ABŞ, həmçinin Rusiyanın Çeçenistanda apardığı və minlərlə dinc insanın həlak olmasına və bu regionun böyük bir hissəsinin məhv olmasına seyriçi qalmaq istəmirdi. Həmin vəziyyətdə ABŞ və Rusiya barikadanın əks tərəfində durmuşdular.

Həm də 1990-cı illərin sonunda Rusiya tədricən demokratik yoldan çıxmağa başladı. Hətta Boris Yeltsin zamanında da demokratik institutlara ehtiyac duyulmurdu və bütün qərarlar yalnız prezidentin şəxsi fərmanlarına əsaslanırdı. Rusiyadakı demokratik güclər həmişə zəif olublar. 1990-cı illərin ortalarında duma seçkilərindəki demokratik islahat tərəfdarlarının sayı heç zaman 20 faizi ötməyib. Putin hakimiyyətə gəldikdən sora isə, qeyri-liberal hərakatı və açıq avtoritarizmin qarşısını saxlamaq artıq mümkün deyildi. Ciddi liberal müxalifət qanadından Putinin heç zaman rəqibi olmayıb.

Gürcüstan və Uraynada başlayan “rəngli inqilablar” avtoritar Rusiyada təlaşa səbəb olub. Bu ölkələrdəki hadisələr ABŞ tərəfindən sevinclə qarşılanıb.

2000-ci illərin ortasında neftin sabit qyməti Rusiyada adam başına düşən gəliri iki dəfə artırmışdı və nağd valyuta Kremlin xəzinəsinə axmağa başlamışdı. Artıq yaxın vaxtların yoxsul Rusiyası özünü xeyli ambisiyalı aparırdı. Putin özünün yaratdığı hakimiyyət vertikalının ən üstündə əyləşərək, Rusiyanın təsirini bərpa etməyə və Qərbi, içindəki demokratik dəyərlərlə birlikdə dağıtmağa ciddi səy göstərməyə cəhd etdi.

Bundan sonra Gürcüstan və Ukraynaya müdaxilə başladı. Hal-hazırda Suriyada Bəşər Əsəd ilə alyans, Qərb ölkələrinə qarşı kiberhücum Rusiyanın yeni strategiyasının tərkib hissəsi sayılır.

Belə ki, 1990-cı illərin əvvəlində Qərb yəqin ki, Rusiyanı dəyişmək imkanını əldən verdi. Lakin biz bunun Qərb tərəfindən həyata keçirilmə şansını yəqin ki, heç zaman bilməyəcəyik. Amma Rusiyadakı “qara qüvvələr” böyüdülər və bu qüvvələr iyirmi il ərzində ölkəni zəbt etdilər. İndi isə Rusiya ABŞ və onun tərəfindən yaradılmış dünya nizamına qarşı başlıca rəqib olmaq qərarına gəlib.

(“El Confidencial”-İspaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar