RUSİYA-NATO MÜHARİBƏSİ OLARSA... - Rusiya Quru Qoşunlarının 5 ən məhvedici silahı

ABŞ-ın ”The National İnterest” jurnalı bu dəfə Rusiya Quru Qoşunlarının 5 ən məhvedici silahından yazıb. AzPolitika.info müqayisəli təhlilin tərcüməsini təqdim edir.

Əgər Rusiya ilə Ukrayna və ya Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişəsi başlayarsa, bu zaman rus ordusu bir neçə güclü silah növlərindən istifadə edəcək. Kimlərsə, Rusiya silahlarının müvafiq Amerikan və NATO texnikasından aşağı səviyyədə olması barəsində mübahisə edə bilər. Amma əgər tərəflərin texnikası döyüş meydanında qarşılaşmayacaqsa, onda bir çox hallarda biz bunu heç vaxt bilməyəcəyik. Bununla belə, tamamilə aydındır ki, Qərbin İrak və Əfqanıstanda qarşılaşdıqlarının əksinə olaraq, rus ordusu daha müasir silahlarla təchiz edilib. Hətta İsrailin qabaqcıl Sovet tankları ilə mübarizəsindən on illərlə vaxt keçib (1980-ci illərin əvvəllərindəki İsrail- Suriya müharibəsi nəzərdə tutulur. Suriya ordusu Sovet tankaları ilə təchiz edilmişdi).

“T-90” TANKI

“T-90” tankı, ”T-72”, ”T-80” döyüş maşınları ailəsinin son nümunəsidir. Bu tank çəkisinə görə amerikanların “M-1 Ambrans"ından yüngüldür. ”T-90” tanıkının ağırlığı 46 ton olduğu halda, “Ambrans"ın çəkisi 60 tona çatır. Ancaq “T-90” güclü və ən müasir idarəolunan atəş sistemi, həmçinin 125 millimetrlik çapındakı top lüləsi, zireh əleyhinə mərmilərlə və tank əleyhinə “AT-11” lazer tuşlayıcı raketləriylə təchiz edilib. Bu tank dörd kilometr uzaqlıqdakı hədəfləri vurma qabiliyyətinə malikdir.

“T-90” tankları ənənəvi qalın zireh qatı ilə yanaşı rəqibin tank əleyhinə mərmilərini neytrallaşdırmaq üçün korpusuna dinamik şəkildə düzülmüş "Kontakt-5” müdafiə kompleksi ilə də təchiz edilib. Onun müdafiəsinə lazer şüalarını müəyyənləşdirən datçıklərdən ibarət ”Ştora-M” sistemi yerləşdirilib. Baş verə biləcək döyüşlər zamanı amerikanların “Ambrans”, İngilislərin “Çelencer” və ya almanların “Leopard” tanklarının şanslarının necə olacağından asılı olmayaraq, ”T-90” onlara qarşı duracaq Ukraynanın köhnəlmış “T-80”, ”T-72” və “T-64” tankları ilə müqayisədə xeyli dərəcədə müasirdir.

PİYADALARIN DÖYÜŞ MAŞINI “BMP-3”

Hərçənd ki, ”BMP-3” və onun amerikan anoloqu “M-2 Bredli” üçün “Biz tank deyilik” şüarı əsas sayılsa da, bu döyüş maşınları çox qorxunc və güclü silahlara malikdir. ”BMP-3”, məşhur “BMP-1”-in xələfidir. 1960-cı illərdə onun ortalığa çıxması Qərb müşahidəçilərini heyrətə gətirmişdi. Onlar piyadaları daşıyan transportyorun eyni zamanda silah platforması qismində istifadəyə yararlı olmasına xeyli təəccüblənmişdilər. Çox az adam fikirləşə bilər ki, dörd santimetr zirehlə örtülmüş 19 tonluq “BMP-3” “Ştora”dinamik müdafiə sistemləri ilə də təchiz edilir. Zəif zireh örtüyünə malik olan “BMP-3” dən yüngül tank kimi istifadə ediləcəyi təqdirində, bu texnika köhnəlmiş Ukrayna arsenalına qarşı döyüşdə problemlərlə üzləşəcək. Ancaq piyadaların daşınmasında əhəmiyyətli atəş gücünə malik olan bu maşınlardan istifadə edilməsi, onun nə qədər təhlükəli silah oldğunu əyani göstərəcək.

“TORNADO” REAKTİV YAYLIM ATƏŞ SİSTEMİ

Baş verə biləcək döyüşlərdə “PS309A52-4 Tornado”raket qurğusu rus ordusunu atəş müdafiəsi ilə təmin edəcək. O, özündən əvvəlki “BM-30-Smerç” sistemindən daha müasirdir. "Tornado" altı lüləli paketi olan 300 mm kalibrli raketləri 100 kilometrlik məsafəyədək atəşləmək gücünə malikdir. "Tornado"nun artileriya hissəsi 8x8-lik şasısi olan yük avtomobilinə quraşdırılır. Bu amerikanların yüksək mobil xüsusiyyətli operativ –taktik məqsədli “HİMARS” raket- artileriya sisteminin anoloqudur.

“Tornado” raketinin döyüş başlığı “qəlpəli-fuqas”, ”kasetli” və “termobarik” tipli ola bilər.Bu batareya sistemləri böyük ərazini atəş dənizində batırmaq gücündədir.

TANK ƏLEYHİNƏ REAKTİV “RPQ-30” QUMBARAATANI

Müasir rus ordusu reaktiv qumbaraatanlarsız keçinə bilərmi? Rus-sovet “RPQ-30” silahının tarixi çox uzaqlara gedir. Bu silah piyadalara iri tikililərı, tank və müxtəif növ maşınları məhv etmək imkanı verir.

Ancaq “RPQ-30” konkret məqsəd, yəni tank əleyhinə aktiv müdafiə üçün nəzərdə tutulub. İsrailin istehsal etdiyi “Trofi” sistemləri tankları qumbaraatan mərmilərdən qorumaq üçün hazırlanıb. ”Trofi”-lər qumbaraatan mərmilərini havada tutub zərərsizləşdirə bilmək xüsusiyyəti ilə tanınır. Lakin buna baxmayaraq “RPQ-30” silahı bu müdafiəni yarıb keçmək özəlliyinə malikdir.

ÜMUMİ QOŞUN ÜÇÜN “6B43” ZİREHLİ GÖDƏKÇƏLƏR

İlk anda belə görünə bilər ki, güclü rus hərbi sistemlərinin siyahısında zirehli gödəkcələr böyük önəmə sahib deyil. Ancaq bu günkü konfliktin xarakterinə uyğun gəldiyinə görə, demək olar ki, istənilən əsgərin müdafiəsi böyük üstünlük sayılır. ”6B43” zirehli gödəkcəsinin paneli korund mineralı, titan və kompozit materiallardan hazırlanıb. Bu gödəkcələr piyada əsgərlərin “5,56” və “5,45” kalibirli NATO və o cümlədən də Ukrayna ordusunun istifadə etdiyi “AK-74” avtomat tüfənginin güllələrindən qorumaq üçün yararlı vasitə hesab edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar