Ermənistanda antiazərbaycan kampaniyasını Rusiya bazasının komandanlığı aparır...

“Ermənistanda maraqlı fakt aşkarlayıblar. Sən demə Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş. Hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi, Rusiyanın Dağlıq Qarabağın həllinə maraqlı olmadığına bu cür aydınlıq gətirib.

“Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əleyhinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir “missiyası” da var imiş.

Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar”.

Elxan Şahinoğlunun sözlərinə görə, bu günlərdə eks-prezident Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın “biz Azərbaycan torpaqlarını işğal etmişik” ifadəsini işlətməsi də təsadüfi deyil.

“O bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun timsalında “biz Ermənistanda baş verənlərdən narahatıq” kəlməsinin işlətməsi gözlənilən idi”.

635x100

Şərhlər

Azad Qarabaglı 2018-08-01 12:26:56

Eliтanı əhaтə edənlər bəzən bilgiсэ xarici opponenтlərdən çox zəif və уa psevdomilli çıxışla тəxribaтçı kimi gorünürlər. Oтmüş 2016-сı il üçün 120 min rubl çox cüzi məbləgdir. SSRİ və RF Gümrü bazasını "тarixən" anтi-тürk Ermənisтanda уerləşdirməsini keçmiş Almaniуa və NAТOdan müdafiə kimi əsaslandırıb. RF HHQ Suriуaуa rakeт zərbələri bu bazanın eтnik (366 kimi) anтi-Azərbaуcan isтinadı qalır. Poliтoloq sualı uzaq S.Lavrova deуil, bazanın ən уaxın hədəfi Azərbaуcan Dovləтinə ünvanlamalıdır!

Oqtay 2018-08-01 12:26:56

Ermənilər pirdirlər təqsir rusda imiş məncə elə hamısı bir .... bizimdə bir möqemiz yoxdur

t.ədalət 2018-08-01 12:26:56

Rusiya nankor ölkədir.Azərbaycan tərəfi nə qədər təmkinli və səmimi olsa da Rusiya həmişə olduğu kimi xəyanətkar mövqeyindən geri çəkilmir.Təəssüf ki bunu "Jara-2018"-in təşkilatçıları başa düşmür.Azərbaycan hökumətinin uğurlu addımlarını görən kimi,ya dənizdə,ya da quruda Rusiyanın təxribatları ilə üzləşirik .İndi də bilmirlər ki,hansı yolla müharibəni qızışdırsılnlar ki,ermənistan gərginlikdən ehtiyatlanıb Rusiyanın ətəyindən yapışsın..

Son yazılar