Elman Rüstəmov ictimai nəqliyyatda qiymət artımından danışdı

"Avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri var".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

" Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf təsirindən kənarlaşdıra bilər", deyə sədr bildirib.

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır".

635x100

Şərhlər

Pensiyaçı 2018-08-01 12:38:06

Baş bankir hələ də anlaya bilmir ki,maaş,müavinət və pensiyaların dondurulduğu ölkədə ərzaq,nəqliyyat,xidmət qiymətlərnin artırılması sadə insanlar üçün dözülməzdir.Deməli insanlar bundan sonra (burada sadə insanlar nəzərdə tutulur) az yeməli,az xəstələnməli,dərman almamalı,yamaqlı geyinməli və tədricən ölməlidir.Yəni sadə insanlar üçün üçün faciədir. Belə çıxır ki,hökumət adi insanlara yox, biznesmenlərə, monopolistlərə dayaq durur.Bynu yuxarılarda düşünən varmı?

Abit 2018-08-01 12:38:06

Sene inanan var bu ölkede? Çıxıb hele bir fikirde söyleyirsen.İndi sen bunun fesadlarına baxarsan.

Son yazılar