Azərbaycanın xarici valyuta ehtiyatları artıb

"Strateji valyuta ehtiyatları artır".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2018-ci ilin 6 ayında ölkənin məcmu xarici ehtiyatları 2,3 milyard dollar və ya 5,6% artıb və 44,2 milyard dollara çatıb.

" Ehtiyatların 37,7 milyard dolları Dövlət Neft Fondunun, 1 milyard dolları Maliyyə Nazirliyinin, 5,5 milyard dolları Mərkəzi Bankın ehtiyatlarıdır. Mərkəzi Bankın ehtiyatları 3 aylıq mal və xidmətlər idxalını əhəmiyyətli dərəcədə üstələyib", - deyə E.Rüstəmov bildirib.

635x100

Şərhlər

Oqtay 2018-08-01 12:50:01

Nə olsun ki artıb ondan millətə nə? Nəqliyata ordan verin qiyməti qaldırmayın deyim hə.Yoxsa artıb fərqi nədir artıb deməli çox qğurlayacaqlar

Son yazılar