BU NAZİRLİYİN RAYON İDARƏLƏRİ LƏĞV OLUNUR - Prezident fərman imzaladı

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq.

Fərmanla Kənd Təsərrüfatı Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etsin, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etmək tapşırılıb.

635x100

Şərhlər

S.Ənvərqızı 2018-08-01 13:05:10

Hörmətli cənab Prezident,Siz məmurlara xalqı incitməməyə dair dəfələrlə tapşırıq verməyinizə baxmayaraq,təyin etdiyiniz Rabitə Naziri Ramin Quluzadə tərəfindən əməl olunmur.35-il qüsursuz işəyən həyat yoldaşımın iş fəaliyyətini araşdırıb,özünə layiq işlə təyin etmək əvəzinə,icra başçısının lantaj sözlərinə önəm verərək,qeyri-iş günündə 01.01.2016-cı il tarixdə müqaviləsinə xitam verərək işsiz qoymuşdur.. Müraciət edirsən,müraciətinə əhəmiyyət də vermir? Qanuna yox,göstərişləri əməl edir? X.e.köm.göstərəsini

Aqronom 2018-08-01 13:05:10

Aqrar inkişaf mərkəzlərinin yaradılması lazımdı, ancaq Aqrar elm mərkəzləri də ləğv edilməlidr. Ən azı bir sektor kimi Aqrar inkişaf mərkəzinin tərkibində fəaliyəti nəticə verə bilər.

Abit 2018-08-01 13:05:10

Dehşetdi dağıdırlar döleti,niye tikilirdi yaraşıqlı binalar her birine 3-5 milyon manat pul qoyuldu,kime lazım idi?

Son yazılar